“Bütün namizədlərimiz geri çəkiləcək” – Müsavat başqanı nöqtəni qoydu

“Müsavatın namizədlərinin bir çoxu seçkidən çəkilməkləri ilə bağlı müraciət ediblər”.
Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı musavat.com-a bildirib.
A.Hacılı deyib ki, hər bir namizədin Müsavat Partiyasının qərarına uyğun olaraq seçki prosesində iştirakını dayandıracağını düşünür.
“İltizam Əkbərli seçkidə sonadək iştirak edəcəyini açıqlayıb. İkram İsrafil təbliğat görüşlərini davam etdirir. Onlarla danışıqlar aparıla bilərmi? Namizədliyini geri götürməyənlərin partiyadan xaric edilmələri məsələsi qoyula bilərmi?” suallarına Müsavat başqanı belə cavab verib:
“Bəzi namizədlər seçki prosesindən çıxmaqla bağlı yalnız seçiciləri qarşısında götürdükləri öhdəliklərə görə problemlərlə üzləşir. Ancaq hesab edirəm ki, bu məsələ müsbət həll olunacaq və Müsavat Partiyasının bütün namizədləri seçki dairələrində öz namizədliklərini geri götürəcəklər. Müsavat Partiyası bütün qərarları kollegial olaraq qəbul eləyən bir təşkilatdır. Düşünmürəm ki, kimlərinsə xaric edilməsi problemi yaranacaq və biz bu məsələni müzakirə etmək zorunda qalacağıq. Əgər belə bir problem həqiqətən mövcud olacaqsa, biz bu məsələni müzakirə edəcəyik”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button