Cəbhəçilər cəbhəçinin profilini sındırdı-MTN-ə müraciət olunacaq

dəyanətSon günlərdə AXCP-də yenə bəzi problemlər yaşanır. Bir neçə gün bundan əvvəl AXCP fəallarından Ağaşirin Tanrıverdioğlunun partiya sıralarından uzaqlaşdırılması ilə bu problemlər bir az da artıb. Partiya üzvlərinin dediklərindən belə çıxır ki, rəhbərlik üzvlərin facebook səhifələrinə belə nəzarət etməyə başlayıb. Onılar hətta AXCP rəhbərliyinin istəmədiyi adamlarla bir masa ətrafında otura, çay içə, söhbətləşə bilməzlər. Bu, partiyadaxili şəbəkələrin qəzəbinə gəlmək üçün yetərli olur.

Partiya fəalı və AXCP sıralarından uzaqlaşdırılan Ağaşirin Tanrıverdioğlunun dosru olan tanınmış cəbhəçi Dəyanət Babayevin də başının üstünü bu mənada qara buludlar alıb. Belə ki, Ağaşirin Tanrıverdioğlunun AXCP sıralarından kənarlaşdırıldığı gün Dəyanət Babayevin facebook profili sındırılıb. xural.com-a bu haqda məlumat verən Dəyanət Babayevin dediyinə görə onun profilini elə öz cəbhədaşları sıbdırıblar: “Partiyada bizə qarşı aqressiv münasibət yaradılıb. Ağaşirinin uzaqlaşdırıldığı gün profilimi sındırdılar. Əvvəldən də belə məlumatlar almışdım. Heç kimdən yox, öz cəbhəçi yoldaşlarımdan şübhələnirəm. Bu barədə Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcəyəm. Qoy onlar profil oğrularını tapsınlar.”

Son anda məlumat aldıq ki, Dəyanət Babayev artıq MTN-ə məktub ünvanlayıb və məktub adı çəkilən nazirliyə təqdim oluinub.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button