Cəbhədə bir hərbçimiz itkin düşüb – Dövlət Komissiyasından açıqlama

cəbhə5
Aprelin 2-dən 5-dək Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş hər iki tərəfə aid hərbçilərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan axtarış tədbirləri nəticəsində qarşı tərəfə aid bir hərbçinin meyiti aşkarlanaraq aralıq ərazidən çıxarılıb.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, komissiya bu barədə aidiyyəti beynəlxalq təşkilatları da məlumatlandırıb.

Rəsmi məlumatda o da qeyd edilir ki, hazırda bir Azərbaycan hərbçisinin sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işləri davam etdirilir.

Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button