Cahangir Hacıyev həbs edildi (yenilənib)

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib.

C.Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib.
C.Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur.
C.Hacıyev Bakı İstintaq Təcridxanasına aparılıb.

Onu DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi saxlayıb

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb.

Faktı APA-ya Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər.

Məlumata görə, C.Hacıyevi DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi saxlayıb.

Bu barədə ilk xəbəri strateq.az saytı yayıb

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button