Cahangir Hacıyevin vəkilinə ağır cəza

Vəkil Fəxrəddin Mehdiyevin fəaliyyəti dayandırılıb.

Musavat.com xəbər verir ki, bu gün axşam saat 18.00 radələrində Vəkillər Kollegiyası Rəyasət Heyətinin toplantısında belə qərar qəbul edilib. Məlumata görə F.Mehdiyevin cəzalandırılmasına səbəb isə hüquqlarını müdafiə etdiyi, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin mətbuatda müsahibəsinin dərci olub.

Vəkil C.Hacıyevin açıqlamasını mətbuata ötürməkdə günahlandırılıb. F.Mehdiyevin vəkillik fəaliyyəti bir illik dayandırılıb.

C.Hacıyevin digər vəkili Aqil Layıcov da cəzalandırılıb – ona töhmət verilib. F.Mehdiyev həmçinin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, ilahiyyatçı Taleh Bağırzadə, Əli Kərimlinin qaynı Elnur Seyidov və digər şəxslərin də hüquqlarını müdafiə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button