Cavid Qurbanovun adı “MTN işi”ndə-İDDİA

Dövlət Dəmir Yolu İdarəsi rəisinin adı MTN işində hallanır, vergi məmuru ilə yaxınlığı baş dəmiryolçunu çətinə salıb; sahibkarlar dəhşətli qanunsuzluqlardan prezidentə şikayətlənib

cavidqurbanovCavid Qurbanovun başı yenidən cəncəldədir. Bir müddət əvvəl sürücüsü Mahir Lənkəranlının əməllərinə görə başı bərk ağrayan C.Qurbanov üçün yeni bir sınaq dövrü başlanıb. O zaman “Azəryolservis” ASC rəhbəri kimi çətinə düşən məmur bu dəfə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin (ADDYİ) rəisi postunda qalmaqalda adı hallanır. Verilən xəbərə görə, MTN işində dolayısı ilə baş dəmiryolçunun da adı çəkilir.

Lənkəranlı işi və Babaşov qalmaqalı

Mənbənin cumhuriyyet.az-a qeydlərinə görə, məsələnin ölkə rəhbərliyi səviyyəsində nəzarətdə saxlanması C.Qurbanovun durumunu xeyli ağırlaşdırıb. Danışan qaynağımızın sözlərinə görə, C.Qurbanov M.Lənkəranlı qalmaqalının ardınca yeni postunda adının qarışıq işlərdə çəkilməsindən narahat olub. Nüfuzuna xələl gəldiyini düşünən İdarə rəisi barəsində sensasion ittihamlar var. Belə ki, Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə rəis müavini Rəcəb Babaşovun adı MTN işində hallanır. R.Babaşov isə C.Qurbanova yaxın adam hesab edilir. Bu faktın ortalığa çıxması baş dəmiryolçu üçün yeni problem yaradıb.

Bakı Vergilər Departamentində rəis müavini işləyən Rəcəb Babaşov paytaxtda hətta regionlarda da böyük biznes imperiyasının olması ilə tanınan oliqarxlardan biridir. Onun şəxsi mülkiyyətində olan avtomobillərin bütün seriya nömrələri 077 ilə bitir. Bakıda «077» adlı xeyli sayda prestijli avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları var. Və Rəcəb Babaşovun bu şəkildə yüksəlməsində ən mühüm rolu da MTN-çilərin oynadığı söylənilir.

Cavid Qurbanovun “qara kassa”sı

Rəcəb Babaşov Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisidir. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu R.Babaşovun qızı ilə ailə həyatı qurub. Yəni haqqında qısaca bilgi verdiyimiz bu adam əslində iki iri rəqib məmurun – Ziya Məmmədovla Cavid Qurbanovun qohumluğunu qazana bilib. Lakin Rəcəb Babaşov daha çox Cavid Qurbanovun «kassiri», pulyığanı kimi tanınır. Bütün bunlar haqda cumhuriyyet.az-a xəbər verən mənbə iddia edir ki, elə Sabirabad rayonunda Rəcəb Babaşovun xeyli sayda obyektləri var. Qardaşının rayonda böyük tikinti materialları bazası var. Məlumatlara əsasən R.Babaşov elə öz rayonundan başlayaraq iş adamlarına divan tutur. Bakıda isə onu tanımayan, ona «haqq» verməyən bir az iri olan iş adamı yoxdur.
Cavid Qurbanovun iri obyektlərinin idarəedilməsi, onların bütün inzibati problemlərdən qorunması işini də bu adam həyata keçirir. Müraciət edən iş adamları deyirlər ki, son zamanlar Babaşovun adı ilə obyektlərin yoxlaması işləri daha da amansız şəkildə həyata keçirilir. Departament rəhbərinin adı ilə yoxlamaya gələnlər, xüsusilə də Cavid Qurbanovun rəqibləri ilə daha amansız davranırlar. Şikayətçi olan iş adamları deyirlər ki, Rəcəb Babaşovun yoxlamaya yolladığı adamlar heç də iri vergi ödəyiciləri ilə kifayətlənmirlər. İri vergi ödəyicisi olan hüquqi şirkətlərin törəməsi olan bütün MMC-lərə qarşı da çox amansız davranışlar nümayiş etdirilir.

Rəcəb Babaşovun əməlləri

Qara kassaya xüsusi xidmətləriylə seçildiyinə görə R.Babaşov özünə çatan rüşvət paketləri də milyonlarla ölçülür. Rəcəb Babaşovun şəxsi biznesləri və dəyəri milyonlarla ölçülən əmlakına, o cümlədən onlarla bahalı maşınlarına nəzər salmaqla müəyyən etmək olur ki, bu şəxs qara kassaya xüsusi xidmətləriylə seçildiyinə görə, özünə çatan rüşvət paketləri də milyonlarla ölçülür. Onun Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat; Bayıldakı Aran restoranı, Aran kafesi; “077-lər” adlı avtoyuması; Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı; əlavə olaraq Bakıda 4 evi; o cümlədən Türkiyə və Almaniyada milyonlarla dövriyyəsi olan biznesi; ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobilinə nəzər salsaq görərik ki, xalqın əmlakını dövlətdən oğurlayaraq, bu şəxs dövlətin vergi orqanını şəxsi biznesinə çevirib. Belə deyilsə, bu milyardlar onda hardandır? Rəcəb Babaşov bunlarla kifayətlənməyib Sabirabad rayonunda xırda sahibkarlardan da “haqq” alır. Belə ki Sabirabad rayonunda bu şəxsin ilin sonunda payını çatdırmayan heç bir sahibkar mağaza işlədə bilmir. Bu işdə rayonda ona dəstəy olan Sabirabad Rayon İcra Hakimiyyətinin 1 müavini postunun tutan Rəcəb Babaşovun doğmaca bibisi oğlu Həsən Həsənovdur. Belə ki Rəcəb Babaşov haqqını çatdırmayan sahibkarlara Həsən Həsənovun dəstəyi ilə bir sözlə divan tutur. Daxil olan informasiyalarda həmçinin deyilir ki, Rəcəb Babaşov öz doğma rayonu olan Sabirabadda da böyük biznes imperiyası qurub. Hətta öz rayonunda belə sahibkarlarla davranışında Babaşovun çox amansız biri olduğu deyilir.

İdarə rəisinin Vergilər Nazirliyindəki “əli kəsilir”

Bir müddət əvvəl mətbuatda Cavid Qurbanovun vergilər sistemindəki “sağ əli”- Vergilər Nazirliyi Yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəis müavini Rəcəb Babaşovun qanunsuz əməlləri haqda məlumat yayılmışdı. Həmin yazıda bildirilirdi ki, Rəcəb Babaşov rəsmi olaraq Vergilər Nazirliyində işləməsinə baxmayaraq, elitar kluarlarda Cavid Qurbanovun yaxın dostu və əsas adamı kimi tanınır. Yazıda eyni zamanda Cavid Qurbanovu R.Babaşova hansı telləin bağladığı, cənab Babaşovun sahibkarları sıxışdırmaq və onları “yola gətirmək” üçün icad etdiyi ilginc mexanizmlər, nəhayət onun məşhur “MTN işi” ilə hansı bağlantısının olması haqda ipucları verilmişdi. Bundan sonrakı məlumatlarda isə bildirilir ki, işlərinin dolaşığa düşdüyünü duyan R.Babaşov Azərbaycanı tərk edərək Almaniyaya qaçıb. Məlumata görə, o bu addımı “MTN işi” ilə əlaqədar istintaqa çağrılacağı haqda xəbər aldıqdan sonra atıb. Bu qaçışının adını “müalicə” qoysa da etibarlı mənbə R.Babaşovun əslində hadisələr səngiyənə qədər ölkədə olmamaq istəyi ilə əlaqələndirib. Mənbənin sözlərinə görə, onun bir nömrəli himayədarı olan Cavid Qurbanov da R.babaşovdan imtina edib və ona heç cür yardım göstərə bilməyəcəyini söyləyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button