Çeçen mühacir hökümətinin başçısı Əhməd Zakayev:“Ramzan Kadırov bilir ki, satqındır” – MÜSAHİBƏ

Ahmed Zakayev, a friend and colleague of the poisoned former Russian spy Alexander Litvinenko, speaks during an interview with Reuters in central London December 6, 2006. Zakayev, a close friend of Litvinenko, on Wednesday accused Western countries of helping to strengthen a "criminal regime" in Moscow by their failure to stand up to President Vladimir Putin. REUTERS/Toby Melville (BRITAIN)

Rusiyada Çeçenistan rəhbərinin Kreml siyasətindəki rolu haqda ictimai müzakirələr davam edir. Ramzan Kadırovun liberal müxalifət fəallarına açıq hücumu, Boris Nemtsovun qətlində “çeçen izi”nin aşkarlanması, Kadırovun səlahiyyət müddətinin bitməyinin yaxınlaşması (görünür, özü bunu “unudub”), silahlı kadırovçuların Ukraynanın şərqindəki münaqişəyə və Suriya müharibəsinə qatılması – bütün bunlar “Putinin sadiq piyadası”nın Rusiya hökuməti sisteminndə hansı yeri tutduğu, Moskva ilə Qroznı arasında münasibətlərin gələcəyinin necə olacağlı haqda sualın aktuallığını geri qaytarır.

Politoloq Andrey Piontkovski Azadlıq radiosunda dərc edilmiş polemik mətnində bu sualları son dərəcə kəskin şəkildə qoydu:

“Çeçenistan Rusiyanın tərkibindədir, yoxsa Rusiya Çeçenistanın tərkibində?”

Kadırovun barışmaz  opponenti – Londonda mühacirətdə yaşayan çeçen siyasətçisi Əhməd Zakayev “İçkeriya çeçen respublikasının mühacirət hökuməti”nə başçılıq edir, özünü çeçen xalqının qanuni təmsilçisi sayır. Kreml 1996-cı ildə müharibənin başa çatması və Rusiya-Çeçenistan hüdudları haqda Xasavyurd sülh müqaviləsini məhz bu kabinetin liderləri ilə bağlayıb.

Moskva Zakayevi beynəlxalq axtarışa verib, lakin Kadırov öz rəqibinə dəfələrlə vətənə dönmək və məhkəmə təqibindən azadlıq, təhlükəsizlik zəmanəti təklif edib (o bu günlərdə Zakayevin Çeçenistandakı qohumlarına baş çəkib). Zakayev imtina etdi və Qərbdə qalır, kiçik Kadırovun 2007-ci ldə Çeçenistan başçısı vəzifəsinə təyin edilməsinə müsbət yanaşdığna baxmayaraq, əvvəlki kimi Kadırova  müxalifətə rəhbərlik edir, onun ən barışmaz və ən ardıcıl tənqidçilərindən biridir.

Zakayev Azadlıq radiosuna müsahibəsində Ramzan Kadırovun son ifadələrini və işlərini təhlil edir və Rusiya hökumətinin strategiyasında Çeçenistanın rolunu dəyərləndirir.

Azadlıq radiosu: Andrey Piontkovskinin yazdığı kimi, doğrudanmı, Rusiya dövlətinin yeganə bəndi Putinlə Kadırovun şəxsləndirdiyi Rusiya ilə Çeçenistanın şəxsi birliyidir?

Əhməd Zakayev: Bu gün Rusiya ilə Çeçenistanı bağlayan yeganə məsələ Putinin “akademik” Kadırova iltifatı və əlbəttə, Putinə şəxs sədaqəti və istənilən əmrini icra etməyə hazır olduğuna görə göndərilən pullardır.

Əslinə baxanda, Kadırov niyə Putinin ardınca getdi? Axı o da, atası da əvvəlcə özlərini İçkeriya ilə bağlayırdılar?

– Böyük Kadırovun DTK ilə bağlı olduğunu söyləmək daha düzgün olardı – illər keçdikcə buna tamamilə əmin oldum. O, Çeçenistanda birinci hərbi kampaniyanın başlanmasının baiskarlarından biridir. Birinci kampaniyanın başlanmasının arxasında istisnasız olaraq Sergey Stepaşinin başçılıq etdiyi FTX dururdu. Məhz böyük Kadırov Rusiyaya cihad elan etdi. Hər bir çeçenin 150 rusu öldürməyə borclu olduğu çağrışını məhz o etdi və guya onda müharibə bitəcəkdi. Çeçenistanda ikinci hərbi kampaniya başlayarkən böyük Kadırov Kremlin əsas kuklası roluna iddia etməyə başladı. Çeçenistanda Beslan Qantəmirov onunla rəqabət aparırdı. Moskvada televerilişlərdən birində Beslan kinayə və acı istehza ilə ata Kadırova sual etdi ki, “birinci hərbi kampaniya vaxtı nə ilə məşğul idi?” O, cavab verdi: Mənim həm birinci hərbi kampaniya müddətində, həm də iki hərbi kampaniya arasında nə ilə məşğul olduğumu Vladimir Vladimiroviç Putin yaxşı bilir. Aydındır ki, Putin məhz böyük Kadırovu işğalçı rejimin oyuncağı təyin etdi. Sonradan kiçik Kadırovla baş verənlər istisnasız olaraq Putinin layihəsidir. Güc sisteminin adamları lap əvvəldən Ramzana qarşı idilər, lakin Putin onları əmin etdi: Bu, çeçen müqaviməti döyüşçülərinin federallar tərəfindən ələ alınması üzrə planla bağlı müvəqqəti layihədir. Güc təmsilçiləri razılaşdılar – xüsusən də ona görə ki, o zaman respublikanın başında güc qurumlarının adamı Alu Alxanov dururdu. Onlar hesab edirdilər ki, bu işdə birinci skripkada o “çalacaq”. Lakin vaxt keçdikcə belə alındı ki, federalların tərəfinə keçən döyüşçülərə istisnasız olaraq Kadırov zəmanət verdi. Bu adamlar ancaq Kadırova müstəsna sədaqət göstərdilər, çünki Kadırovun dalında Putin durur.

– Rusiya siyasi isteblişmentindəki “antikadırov cəbhəsi” haqda nə düşünürsünüz?

– 2006-cı ildə Kirsan İlyumjinov Londona mənim yanıma gəldi. Rusiyaya qayıtmağım üçün Vladimir Putinin adından gəlmişdi. Elə bu vaxt FTX direktorunun müavini Aleksandr Bortnikovla bağlı olduğunu gizlətməyən Ruslan Atlangeriyev mənimlə əlaqə yaratdı. Ondan öyrəndim ki, FTX Kadırovun yerinə adam axtarır və ondan canlarını qurtarmağa şad olardılar. Lakin hələlik münasib variant tapa bilmirlər. Lap dəqiq bilirəm ki, FTX o vaxtdan bəri Kadırovla güclü qarşıdurmadadır. Kadırov o vaxtdan qabaqlama oyunu oynayır və mümkün rəqiblərdən xilas oldu – Mən Mövladi Baysarovu, Yamadayev qardaşlarını nəzərdə tuturam. Kadırov sonradan Ruslan Atlangeriyevdən də xilas oldu. Bu gün Kadırovu prezidentin sərəncamı ilə işdən götürməyə cəhd edilsə və respublikaya başqa rəhbər təyin edildiyi elan edilsə, onun tərəfdarlarının sırasına çaxnaşma düşəcək. Əlbəttə, Kadırov istefaya getməyəcək – sadəcə, gedəcək yeri yoxdur. Hələ üç-beş ay öncə hansısa imkanları, gedə biləcəyi ünvanlar (Türkiyə, sünni dövlətləri, Səudiyyə Ərəbistanı və yaxud Ərəb Əmirlikləri) vardısa, Putinlə birlikdə şiələrin və Əsədin tərəfində durub Suriya münaqişəsinə verdiyi dəstək üzündən bu gün bu imkandan məhrum olub. Kadırov bununla da bir neçə il ərzində hazırladığı geri çəkilmək yollarını bağladı. Lakin bu, istisnasız olaraq Putinin tələbi ilə edildi. Güc təmsilçiləri Kadırovu vəzifədən götürmək üçün onun ən yaxın çevrəsində müəyyən əməliyyat tədbirləri keçirməlidirlər, əks halda Qroznıda mütləq mənfi reaksiya yaranacaq və Putin adi sərəncamla və yaxud adi qələm çəkməklə öz yetirməsini uzaqlaşdırmağı bacarmayacaq. Düşünmürəm ki, Putin nə zamansa buna cürət edər.

zakayev

– Andrey Piontkovski Boris Nemtsovun qətlində Kadırovun rolundan yazır. Düzdür, sübutlar gətirmir. Bəs bu cür sübutlar varmı?

– Düşünürəm ki, hələ 2011-ci ildə Moskvada kütləvi etiraz aksiyaları başlanarkən Boris Nemtsovun, Harri Kasparovun, Sergey Udaltsovun, Aleksey Navalnının hansı yollasa neytrallaşdırılması haqda qərar qəbul edilmişdi. Putin gerçək təhlükəni hiss etdikdən sonra Çeçenistana yollandı və orada iki gününü Kadırovla keçirdi. Güman etdiym kimi, onda onlar Kadırovun Çeçenistanda hazırlıq keçmiş banditlərini Moskvaya gətirməyə və mümkün qiyamı boğmaqda istifadə üçün razılaşdılar. Bu məlumat bizə məlum oldu, bizim öz xəfiyyə əlaqələrimiz var. Mən həm Boris Nemtsova, həm də Harri Kasparova xəbərdarlıq etdim. Biz Avropa paytaxtlarının birində görüşdük. Onlar əvvəlcə mənim məlumatıma o qədər də ciddi yanaşmadılar. Lakin görüşümüzdən düz iki gün sonra Putin bildirdi: Guya Kremli qətldə ittiham etmək üçün Qərbdə “müqəddəs qurban” axtarırlar.

Bu zaman onlara aydın oldu ki, gerçək təhlükə var. Harri Kasparov daha Rusiyaya qayıtmadı, Andrey Piontkovski və Boris Nemtsov isə qayıtdılar. Boris hər halda qət etdi ki, hakimiyyətdə təmsil olunmaq (o sonradan Yaroslavl vilayət dumasının deputatı seçildi) onun təhlükəsizliyinə zəmanət ola bilər. Udaltsovu və Navalnını həbs etdilər. Nemtsovun məsələsini niyə uzadırdılar? Putin Qərbin dəstəyini əldə etməyə can atırdı: O vaxt nəticədə götürülmədiyi elitar beynəlxalq kluba girməyə cəhd etdi. Daha yubatmağa ehtiyac yox idi. Krımın işğalı baş verəndə, Ukraynanın şərqində hərbi əməliyyat başlananda və Qərb Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəndə Putinin daha göz gəzdirməyi lazım deyildi. Əminəm ki, Rusiya xüsusi xidmətləri duruma son anadək nəzarət edir. Bilirdilər ki, Nemtsova sui-qəsd hazırlanır, kimin təşkil etdiyni və icraçıların kimliyini bilirdilər. Onlar ikiqat faydanı əsas götürüb bu qətlə yol verdilər: Zəhlələri gedən Boris Nemtsov aradan götürülür və müxalif siyasətçinin Kadırovun adamları vasitəsilə aradan qaldırılması güc təmsilçilərinə Çeçenistan başçısından da qurtulmağa imkan verirdi. Onlar bu qətlə məhz buna görə imkan verdilər. Bir neçə gündən sonra icraçıları tudular və Kadırovun yaxın ətrafına – Delimxanova və Germeyevə çıxdılar. Lakin burada Putin onları himayə etdi.

– Doğrudanmı, Piontkovskinin güman etdiyi kimi, Putinin “Kadırov layihəsi” böyük Qafqaz müharibəsinin qabağını alır?

– Düşünürəm ki, Piontkovski bu məsələdə bir qədər yanılır. Fikrimcə, bu gün Quzey Qafqazda, xüsusən də İnquşetiyada və Dağıstandakı durumu məhz Kadırov süni şəkildə törədir. Rusiyanın Qafqazdakı jandarmı qismində öz önəmini vurğulamaq üçün durumu sabitsizləşdirməyə çalışır. Çeçenistan hazırda ram edlib, praktik olaraq heç bir müqavimət yoxdur, respublikanı ram edən qsimində Kadırova ehtiyac azalmağa başlayır. Kadırov çox gözəl bilir: Güc təmsilçiləri onu taxtdan aşırmaq üçün məqam gözləyirlər. Bununla bağlı onda özünü Putinə göstərmək ehtiyacı meydana çıxıb: Yəni “mən digər problemli rayonlarda da – İnquşetiyada və Dağıstanda da faydalı ola bilərəm”. Moskva Çeçenistandakı durumdan asılıdır. Putin Kadırovla razılaşdırmadan bir çox addımlarını ata bilməz və mən burada kinayə etmirəm. Əslində, Putin Quzey Qafqaza aid hər şeyi Kadırovla uzlaşdırır və onun dəstəyinə güvənir. Axı Kadırov təkcə Rusiya liberalları üçün yox, həm də postsovet məkanındakı bəzi ölkələr üçün bədheybətə çevrilib. Lakin Çeçenistan Rusiyadan qopsa, Kadırov dərhal Çeçenistanda hakimiyyəti itirər.

zakayev03

– Piontkovski hesab edir ki, Çeçenistana xərac ödənilir. Bu xərac nəyə görə ödənilir – itaətə görə?

– Xeyr, düşünürəm ki, xərac itaətə görə yox, Kadırovun Putinə şəxsi zahiri və aşkar vurğulanan loyallığına görə ödənilir. Çeçenistanın ram edilməsinə gəlincə, bax, bunu deyə bilərəm: Çeçenistan öz saatını gözləyir. Sizi inandırıram ki, Çeçenistan ram edilməyib. Çeçenistan hərbi baxımdan heç vaxt indiki kimi güclü olmayıb. Rusiyadakı cüzi siyasi tərəddüdlər Çeçenistanda əks-səda verəcək.

– Piontkovskinin “Rusiya Çeçenistanın tərkibindədir” ifadəsini ncə qəbul edirsiniz? Nədur bu: paradoks, metafora, ya gerçək fakt?

– Paradoksallıqdır, lakin gerçək faktdır.

– Piontkovskinin mətnindən sitatla razısınız? “İki etnos bu cür tarixlə bir dövlətdə yaşamamalıdır və yaşaya bilməz”.

-Təəssüf ki, razıyam. Dəlilsiz olmamaq üçün iki rus klassikindən sitat gətirirəm. Lev Tolstoy “Hacı Murad”da yazırdı: “Ruslara nifrətdən heç kim danışmırdı da. Böyükdən kiçiyə bütün çeçenlərin bəslədiyi hiss nifrətdən də güclü idi”. Lermontov “Kazak laylası”nda yazırdı: “Kinli  çeçen sahilə sürünüb öz xəncərini itiləyir”. Bu iki barışmaz mövqeyin bir hüquqi məkanda varlığı həm çeçenləri, həm də rusları əbədi və daimi mübarizəyə məhkum edir.

– Təəccüblüdür ki, Rusiyaya qarşı son iki müharibənin gedişində amansız müqavimət göstərən çeçenlər Kadırova ram oldular. Bunu necə izah edirsiniz?

– Bu gün Kadırov Çeçenistanda Putini təcəssüm etdirir, Putinin arxasında isə hakimiyyət, pul, silah durub.

– Çeçenlər Rusiyanı mütləq şər sayırlarmı, yoxsa ruslarla çeçenlərin uzunmüddətli birgə yaşayış dövrlərindən müsbət nəsə xatırlamaq olarmı?  

– Rusiya cəmiyyətində məqbul sayılır ki, biz ruslara nifrət edirik, lakin belə deyil. Bunun sübutu dünyada analoqu olmayan hadisə ola bilər: Rus-çeçen müharibəsi yeganə müharibədir ki, rus əsgərlərinin anaları öz oğullarının vuruşduğu adamların yanına gəlir, onların evlərində qalır və öz övladlarını axtarırdılar.

zakayev04

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button