Çingiz Qənizadə “Şöhrət” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Çingiz Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Report”un məlumatına görə, sərəncama əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə, Çingiz Aşralı oğlu Qənizadə “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ç.Qənizadənin 60 yaşı tamam olur.