Çoxsaylı silah-sursatla tutulan bu azərbaycanlı qanqsterlər kimdir?!..

Odessa vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycandan olan kriminal qruplaşmanın üzvlərini həbs ediblər.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, restoranlardan birinin qarşısında baş verən silahlı atışma ilə bağlı məlumatı Odessa vilayəti üzrə baş polis idarənin rəisi Dmitri Qolovin öz “Facebook” səhifəsində yerləşdirib.

D.Qolovinin yazdıqlarından belə məlum olur ki, bir neçə gün əvvəl xəstəxanalardan birinə ayaq nahiyəsindən güllə yarası almış gənc oğlan yerləşdirilib. Yaralı baş vermis hadisə ilə bağlı danışmaqdan çəkinib. Bu barədə tibb işçiləri özləri polisə məlumat veriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının suallarını cavablandıran yaralı ilkin ifadəsində silahla ehtiyatsız davranması nəticəsində xəsarət aldığını deyib. Onun bu ifadəsini 11 nəfər şahid də təsdiqləyib.

Lakin istintaqın zamanı bəzi təfərrüatlar üzə çıxıb. Məlum olub ki, atışma restoranlardan birinin qarşısında iki qruplaşma arasında baş verib. Qarşı tərəf Azərbaycan vətəndaşlarından ibarət olub. Polis əməkdaşları hadisə baş vermis əraziyə gəliblər, müşahidə kameralarındakı görüntüləri götürüblər, şahidləri dindiriblər.

İstintaq tədbirləri nəticəsində “90-cı illərin qonaqları”ndan xeyli sayda silah-sursat, iki bahalı avtomobil aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər əvvəllər Azərbaycanda mühakimə ediliblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button