Dərmanlar ucuzlaşa bilər?!

derman“Dərmanların əlavə dəyər vergisindən azad edilməsi barədə təkliflər üzərində iş gedir”.

Xural.com report.az-a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, təklif hazırlanıb, bu təklifin üzərində işlənilməlidir:

“Baxaq görək, bu, büdcənin üzərinə nə qədər yük qoya bilər. Ona görə də, bu təklif diqqətdədir, bunun üzərində iş gedir. Əgər dərmanların ƏDV-dən azad edilməsi büdcəyə xüsusi problem yaratmayacaqsa, bunu müsbət həll etmək mümkündür. Amma indidən qəti bir söz demək çətindir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button