“Dərsə gəlməyən şagirdin cərimə pulu əlaçı şagirdə sərf olunsun!”

nabateli.jpg

Milli Məclisdə keçirilən Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi və Dini Qurumlar və İctimai Birliklər Komitəsinin birgə iclasında bir sıra  qanunlara ediləcək dəyişikliklər müzakirə edilib.

Strateq.az  xəbər verir ki təklif olunan yenilik “İnzibat Xətalar Məcəlləsi”nə aiddir. Belə ki, Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir. Sadalanan dəyişikliklərin layhəsi qəbul olunaraq, MM-in plenar iclasına tövsiyə edilib.

Məcəlləyə ediləcək yeni dəyişlikliyi təhsil sektorunda çalışanlar birmənalı qarşılamayıb. Devalvasiyadan sonra əhalinin gəlirləri onsuz da aşağı olduğunu, eləcə də səhhətindəki, ailədəki problemlərlə bağlı uşaqların dərsdən qalmasını əsas gətirənlər bu baxımdan qərarın doğru olmadığını bildiriblər.  Ancaq digər tərəfdən, müəllimlər hesab edirlər ki, məktəblilərin, xüsusilə, yuxarı sinif şagirdlərinin əksər hallarda dərsdən yayınmalarının qarşısını almaq üçün mühüm addım olacaq.

Bir çox hallarda məktəb rəhbərliyi vəziyyəti yaxşılaşdırmaq üçün pul alaraq qayiblərı silirdilər. Yeni qərar bu cür korrupsiya hallarını aradan qaldıracaq. Eyni zamanda bəzi imkansız valideynlər  uşağı məktəbə göndərməyə məcbur olacalar. Bu zaman uşaqlar da məcbur qalıb minimum səviyyədə təhsil alacaqlar. Müəllim uşağı doğru motivasiya edəcəksə, uşaq oxuyacaq.

Rəyini soruşduğumuz vətəndaşlar səhhəti və ailə vəziyyəti ilə əlaqədar olaraq dərsdən qalmağa məcbur olan uşaqları və valideynlərinin durumunu nəzərə almağı təklif ediblər. Eyni zamanda toplanan cərimələrin hara sərf olunması məsələsinə də münasibət bildiriblər.

Qeyd edək ki, bu məsələ hələki açıq qalır. Respandentlər həmin vəsaitin aztəminatlı ailələrin, tənha anaların uşaqlarına, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinə sərf edilməsini təklif ediblər.

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu da cərimələrin yaxşı oxuyan uşaqların təhsilinə yönəltməyin tərəfdarıdır. Onun fikrincə, valideynlərin cərimələnməsi təhsilin inkişafı və yeniyetmələrin gələcəkdə düzgün istiqamətdə tərbiyə alması üçün müsbət addımdır.

“Bu qayda keçmiş sovet təhsil sistemində var idi və müsbət hal kimi qəbul olunurdu. Müstəqillik qazandıqdan sonra fikirləşdilər ki, demokratik cəmiyətdə təhsil azaddır, kim necə istəsə oxuya bilər. Burada termin dəyişikliyini ortaya atdılar. “Məcburi təhsil” ifadəsini “icbari təhsil”lə əvəz etdilər. Yəni, uşaqlar 9-cü sinfə kimi məcburi oxumalıdırlar. Əgər valideyn buna mane olarsa, ona cərimə sanksiyası tətbiq olunacaq. Bu qayda sivil ölkələrin böyük əksəriyyətində vardır.  Həmin cəmiyyətlərdə artıq savadsızlığın cəmiyyət üçün böyük bir bəla olduğu qəbul olunub”.

Bakının  Nardaran qəsəbəsində baş verən son hadisələrə toxunan N.Qulamoğlu bu cür halların funksional təhsilin olmamasından meydana gəldiyini vurğulayıb.

“Əgər bir kənddə valideynlər uşağını məktəbə qoymayacaqsa, oradan gələcəkdə potensial xürafatçılar çıxacaqO baxımdan mən hesab edirəm ki, sivil ölkələrdə olduğu kimi şagirdlərin 9-cu sinfə kimi oxuması məcburi olmalıdır.  Yəni, onlar ümumi dünyagörüşünə, minimum biliklərə sahib olmalı, cəmiyyətdə davranış qaydalarını öyrənməlidir. Hesab edirəm ki, bu cərimə sanksiyası bu gün üçün vacib addımdır. Bunu gərək əvvəldən tətbiq edərdilər. Mən yeni qərarı müsbət qarşılayıram. İnsanlar savadsız olduqça dinə meyl edirlər, xurafata yuvarlanırlar. Bunun qarşısını ancaq təhsillə almaq olar. Yeni dəyişiklikdə nəzərdə tutulan qaydaların tətbiqinin nəticəsini isə zaman göstərəcək”.

“İnzibati Xətalar Məcəlləsi”nə edilən son dəyişiklik qızların təhsildən yayındırılmasına, onların erkən nikaha cəlb olunmasının qarşısını almağa da imkan verəcək. Bu baxımdan ekspertlər parlamentin bu təşəbbüsünü müsbət qiymətləndiriblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button