D.Miyatoviç Azərbaycan hökumətini Əvəz Zeynallını azad etməyə çağırıb

4276215.05.2013

 

Dunya Miyatoviç: “İlham Əliyevi qanunlara dəyişikliyi təsdiqləməməyə çağırıram”

D.Miyatoviç Azərbaycan hökumətini Əvəz Zeynallını azad etməyə çağırıb

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç mayın 14-də Milli Məclisdə internetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliyin qəbul edilməsindən narahatlığını bildirib.

Bu barədə mayın 15-də D.Mijatovic-in adından yayılan bəyanatda deyilir.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi əlavə edib ki, bir müddət öncə Azərbaycan hökumətini diffamasiya haqda qanunu qəbul edəcəyi ilə bağlı verdiyi sözü tutmamasına görə xəbərdar edib.

D.Miyatoviç 2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli Fəaliyyət Planı» çərçivəsində Azərbaycan hökumətinin götürdüyü öhdəlikləri xatırladıb:

«Milli Məclisin qanunlara etdiyi dəyişikliklər ATƏT-in tövsiyələrindən çox uzaqdır. Mən prezident İlham Əliyevi qanunlara dəyişikliyi təsdiqləməməyə çağırıram».

D.Miyatoviç «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 9 illik həbs qərarını qınayıb.

JURNALISTLƏR AZAD OLUNSUN

Əvəz Zeynallı 2011-ci ilin oktyabrında vergidən yayınma və rüşvət alma maddələri ilə suçlanaraq saxlanıb. Məhkəmə qərarı ilə qəzetin əmlakının müsadirəsi «Xural» qəzetinin müflis olması ilə nəticələnib:

«Mən Əvəz Zeynallı barəsində açılmış cinayət işinin monitorinqini aparıram və onun bu qədər uzun müddətdə həbsdə saxlanmasından narahatam. Çox təəssüf edirəm ki, onun barəsində ədalətli qərarın çıxarılacağı ilə bağlı ümidlərimiz nəticə vermədi və onun barəsində 9 illik həbs hökmü verildi» – deyən, D.Miyatoviç Azərbaycan hökumətini Əvəz Zeynallı və digər jurnalistləri azad etməyə çağırıb.

ATƏT-in media Azadlığı üzrə nümayəndəsi Azərbaycanda media azadlığına məhdudiyyətləri də qeyd edib. O, AzadlıqRadiosunun Bakı bürosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı hədə-qorxuları və «Azadlıq» qəzetinin cərimələrlə susdurulmasını da xatırladıb.

D.Miyatoviç ölkədə xüsusilə seçkiqabağı yaranan bu vəziyyətdən narahatlığını bildirib.

Polşanın paytaxtı Varşavada media azadlığına dair konfransda çıxış edən D.Miyatoviç onun ofisinin media azadlığı öhdəliklərini yerinə yetirilməsində Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button