D18 hərəkatı siyasi məhbuslarla bağlı bəyanat verdi-MƏTN

Xural.com-un məlumatına görə, D18 Hərəkatı siyasi məhbuslar Bayram Məmmədov, Qiyas İbrahimov və İlkin Rüstəmzadə haqda bəyanat yayıb. Bəyanatda deyilir:

“Azərbaycanda siyasi məhbuslar problemi ölkə rəhbərliyinin insan haqlarına sayğısız münasibəti üzündən həll olunmamış qalır. Azərbaycanda 150 nəfərdən çox siyasi məhbus var. Hakimiyyət artıq həbs etməklə kifayətlənmir, həbs edilənlərin vəkillərinə zorakılıq tətbiq edir. Məhbusun ailəsi və vəkili ilə görüşməsə mane olur. Məhbuslara həbsxanalarda işgəncələr verilir. Son günlər həbsxana rəhbərliyi tərəfindən siyasi məhbuslar Bayram Məmmədovun, Qiyas İbrahimovun və İlkin Rüstəmzadənin işgəncəyə məruz qalması, hətta ölümlə hədələnmələri haqda məlumatlar alırıq. Hakimiyyət siyasi məhbuslara təzyiq etməklə, işgəncəyə məruz qoymaqla insan haqlarını kobud şəkildə pozur. Siyasi məhbusların sağlamlığında yarana biləcək hər hansı bir təhlükəyə görə hakimiyyət birbaşa məsuliyyət daşıyır. D18 Hərəkatı  yerli və beynəlxalq ictimaiyyəti siyasi  məhbuslar probleminə diqqətdə saxlamağa, onlara qarşı edilən işgəncələrə səssiz qalmamağa çağırır”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button