D18 Hərəkatının 4 yaşı qeyd edildi-FOTO&VİDEO

D18 Vətəndaş Hərəkatının 4 yaşı tamam oldu. 

Bununla əlaqədar Müsavatın qərargahında tədbir keçirildi.
Tədbirin aparıcısı, D18 təşkilatının sədr müavini Samirə Ağayevə qonaqları salamladıqdan sonra təşkilatın məramı haqda çəkilən video nümayiş etdirildi.
Daha sonra D18-in sədri Ruslan İzzətli çıxış etdi.
O, təşkilatın məramı haqda danışdı, bildir di ki, “D18” adı 1918-ci ildə Azərbaycanda qurulmuş demokratik cümhuriyyəti ifadə edir.
Daha sonra söz qonaqlara verildi. Müsavat başqanı Arif Hacılı, Nida vətəndaş Hərəkatının İH üzvü Turqut Qəmbər, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, keçmiş siyasi məhbuslar Hilal Məmmədov və Bəşir Süleymanlı çıxış etdilər.
Tədbirdə “heykəl məhbusu” Qiyas İbrahimovun anası Şura Əmiraslanova, vicdan məhbusu Fuad Qəhrəmanlının atası Zəfər Qəhrəmanlı və xanımı Zümrüd Yağmur iştirak edirdilər. Siyasi məhbusların ailə üzvləri adından Zümrüd Yağmur çıxış etdi.
Çıxışlarda D18 hərəkatının yaranmasının ildünümü münasibətilə təşkilatın üzvləri təbrik edildi, onlara uğurlar arzulandı.
Tədbir şirniyat süfrəsi arxasında davam etdirildi.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button