Daha 6 sahibkar həbs olundu

hebsDİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan sahibkarların 6 nəfəri barədə həbs-qətimkan tədbiri seçilib. Bu məlumatı virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr verib.
Məlumata görə, sabah adı banklardan kredit kimi götürülmüş pulların mənimsənilməsi işində keçən daha 6 iş adamının Baş Prokurorluğun sanksiyası ilə həbs ediləcəyi gözlənilir.
Xatırladaq ki, son bir neçə həftə ərzində Azərbaycanda oliqarxların həbs dalğası həyata keçirilib. Həbs edilən oliqarxlar Azərbaycan Beynəlxalq Bankından kredit qismində götürdükləri pulları talan etməkdə və mənimsəməkdə ittiham olunurlar.
 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button