Daha bir AXCP fəalı saxlanılıb

Şənbə günü axşam saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir fəalı – Ramiz Kamal (Əhədov) saxlanılıb.

Onu evindən aparıblar. AXCP-nin məlumatına görə, Ramiz Kamal “çirkli pulların yuyulması” üzrə cinayət işinin təhqiqatı çərçivəsində saxlayıblar.

Ramiz Kamal son illər həbsxanalarda siyasi məhbuslara bağlama çatdırmaqla məşğul olurdu.

Şənbə günü Baş Prokurorluq və DİN AXCP-ni qanunsuz maliyyə yardımı almaqda və çirkli pulların yuyulmasında iştirak etməkdə ittiham edib.

Bu iş üzrə AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov həbs edilib.
İstintaqın məlumatına görə, guya Azərbaycanlı sahibkarlardan yığılan və biznesmen Saleh Rüstəmov tərəfindən Rusiyadan göndərilən pul onlar vasitəsilə AXCP rəhbərliyinə daxil olurdu. Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmli müvafiq olaraq mayın 8-də və 10-da həbs edilib.

AXCP lideri Əli Kərimli həbs edilənlərə qarşı çirkli pulların yuyulması və bu yolla 412 min dollarlıq partiyanın ötürülməsi ittihamını əsassız adlandırıb. Onun Sözlərinə görə, S.Rüstəmov onun dostudur və bir neçə dəfə ona ümumi məbləği 5 min dollardan çox olmayan maddi yardım edib və bu vəsait siyasi məhbusların ailələrinə göndərilib. (turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button