Daha bir bank hakim ailənin nəzarətinə keçdi

CDB Bank necə “bağlandı”?

Iyulun 1-də ölkədə ilk konsalidasiya prosesinə, “Caspian Development Bank”la “AtaBank”ın birləşməsinə yekun vuruldu. Bu haqda təşkil olunan mətbuat konfransında məlumat verildi. Konsolidasiya “Pricewaterhouse Coopers” şirkətinin dəstəyi ilə həyata keçirilirdi. Birləşməyə qərar verildiyi gündən etibarən mütəmadi olaraq mətbuata əməkdaşlar arasında heç bir ixtisarların aparılmayacağı qeyd olunsa da, nəticə heç də hamı üçün gözlənilən olmadı. Əslində konsolidasiya müddətində dominantlığı CDB bank tərəfin edəcəyi gözlənilirdi. Və təbii ki, bu da gözlənilən idi. Çünki ATA Bankla müqaisədə CDB Bank daha sağlam, daha şəffaf bank kimi tanına bilmişdi. Əslində nə baş verdi?”

AtaBank” İdarə Heyəti sədrinin müavini Etibar Babaşlı mətbuata verdiyi müsahibəsində konsolidasiya haqqında danışarkən prosesin yüksək şəkildə aparılmasını, CDB əməkdaşlarının əksəriyyətinin ATA Bankda işlə təmin olunmasını vurğulayıb.

Lakin müsahibədə konkret olaraq CDB-nin rəhbər heyətinin artıq ATA Bankda təmsil olunmadığı haqda heç bir məlumat qeyd edilməyib. Halbu ki, birləşmə prosessində hər iki bankın top meneceri arasında böyük ziddiyətlər yaranmış və iclasların birində hətda ciddi qarşıdurma olması barədə məlumatlar mövcuddur.

Konsalidasiya prosesində hər iki bankda müvəqqəti olaraq Müşahidə Şurasının sədri Fərəh Məmmədova təyin olunmuşdu. Fərəh Məmmədova konsolidasiya prosesindən əvvəl CDB Bankın müşahidə şurasının sədri vəzifəsində çalışırdı. Lakin proses müddətində xanım sədr yeni şəraitdə fəaliyyətini davam etdirməmiş və öz ərizəsi ilə işdən azad olmuşdu.

CDB Bankın formalaşmasında müstəsna rolu olmuş İdarə heyətinin sədr əvəzi Zaur Əhmədov, idarə heyyətinin üzvü Eldar Abdullayev və bir necə aparıcı struktur rəhbərləri də ATA Bankla yollarını davam etmədilər. Yekunda CDB Bankın struktur və bölmə rəhbərlərindən də heç kim ATA Bankla “bir addım öndə” olmaq istəmədilər. Görünən o oldu ki, ilk konsolidasiya prosesi olduqca uğurla tamamlanmadı. Əslində isə proses heç də elan olunduğu formada aparılmadı və bu birləşmə zamanı iki il müddətində şəffaf, sağlam, problemsiz bir bank Ata Banka birləşdirildi.

Xatırladaq ki, Ata Bank hakim ailənin bankı kimi tanınır. Və baş verənlər göstərir ki, daha bir bank hakim ailənin nəzarətinə keçdi.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button