Daha bir bank manatla kreditdən imtina etdi

pul 100“Bank VTB (Azərbaycan)” müştərilərinə manatla kreditlərin verilməsini dayandırıb. XuralTAC xəbər verir ki, u barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, hazırda bankdan nağd pul kreditini illik 24%-lə, 3 il müddətinə götürmək mümkündür.

Azərbaycanda manatın kəskin ucuzlaş(dırıl)masından sonra “Bank VTB (Azərbaycan)” müştərilərinə milli valyutada kredit ayıran azsaylı banklardan biri idi. Bank manatla kreditləri illik 28%-lə, 3 il müddətinə verirdi. Lakin görünür ki, ölkədə dollarlaşma prosesinin güclənməsi “Bank VTB (Azərbaycan)”ı kredit şərtlərinə yenidən baxmağa, risklərini azaltmaq üçün manatdan imtina etməyə vadar edib.

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button