Daha bir ölkədə eynicinslilərin nikahlarına icazə verildi

eynicinslilərİrlandiyada mayın 22-də keçirilmiş referendumda eynicinsli nikahların tərəfdarları qələbə qazanıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, əhalinin 62 faizi  eynicinsli nikahların rəsmiləşdirilməsini dəstəkləyib.
Beləliklə, İrlandiya ümumxalq səsvermə yolu ilə eynicinsli nikahları rəsmiləşdirən rəsmi olaraq ilk ölkə olub. Bu vaxtadək Aİ-də analoji qərarlar  parlament səviyyəsində qəbul olunurdu.
Qeyd edək ki, eynicinsli nikahlar artıq Belçika, Danimarka, İspaniya, Niderland, Portuqaliya, Fransa, İsveç və Böyük Britaniyanın bir neçə bölgəsində leqallaşdırılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button