Daha bir partiyada sədr dəyişikliyi – BAXCP Ali Məclisinin sabiq sədri yeni postda

teyyub_qeni

Azərbaycan Təkamül Partiyasının (ATP) şəhər və rayon təşkilatlarının sədrlərinin iştirakı ilə Mərkəzi Şuranın geniş iclası keçirilib.

Bildirilib ki, iclasda təşkilatı məsələ və ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət müzakirə edilməklə yanaşı, yeni sədr məsələsi də gündəliyə daxil olunub.

İclasda partiyanın sədr əvəzi Namizəd Babayev partiyanın qurucusu və keçmiş sədri Teyyub Qənioğlunun 7 iyun 2012-ci ildə partiya sədrliyindən və üzvlüyündən istefa verdiyini xatırladaraq, onun yenidən partiyada təmsil olunmasının vacibliyini önə çəkib. Bu məqsədlə də partiya rəhbərliyi keçmiş sədrə müraciət edib:

“Partiyanın yaradılmasında və fəaliyyətinin təşkilində əvəzedilməz xidmətlərini nəzərə alaraq biz, Mərkəzi Şuranın bir qrup üzvü, yenidən partiyaya qayıtması və əvvəllki vəzifəsini icra etməsi xahişi ilə Teyyub Qənioğluna müraciət etdik. Uzun surən müzakirələrdən sonra Teyyub Qənioğlu partiyaya və sədr vəzifəsinə yenidən qayıtmağa razı olduğunu bildirdi. Bununla əlaqədar olaraq ATP MŞ-sı Teyyub Qənioğlunun partiya sədrliyindən və üzvlüyündən istefasının qəbul edilməsi ilə bağlı özünün 07 iyun 2012-ci il tarixli qərarının ləğv edilməsi və Teyyub Qənioğlunun sədr vəzifəsinə bərpa olunması ilə bağlı qərar qəbul etdi”. 

Mərkəzi Şuranın üzvlərinə təşəkkürünü bildirən Teyyub Qənioğlu partiyanın növbəti qurultayının çağırılmasını təklif edib: “Növbəti qurultayının çağırılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi Mərkəzi Şuranın Siyasi Bürosuna həvalə olunub”.

Xatırladaq ki, Teyyub Qənioğlu ATP-dən istefa verdikdən sonra BAXCP-də təmsil olunub. O, ötən həftə BAXCP Ali Məclisinin sədri postundan istefa verib.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button