Daha bir şahid Ə.Zeynallının hədə və şantajla rüşvət tələb etdiyini təsdiqləmədi

28.09.2012

Rüxsarə Axundova: “Mən heç bir ifadəmdə Ə.Zeynallının hədə-qorxu və şantaj yolu ilə G.Əhmədovadan pul istədiyini deməmişəm”

Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edir. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə iclasında Gülər Əhmədovanın şahidi qismində Rüxsarə Axundova ifadə verməyə çağırılıb. Əvəz Zeynallı Gülər Əhmədovaya lazımi suallar verilmədən, cavab almadan onun istintaqa atdığı 4 şahidin heç birindən əvvəlcədən ifadə almağın düzgün olmadığını dedi və israrla R.Axundovanın məhkəmədə ifadə verməsinə qəti etiraz etdi. Baş redaktorun vəkillərinin də israrlı tələblərinə baxmayaraq dövlət ittihamçısı Ramazan Hadıyev və hakim Ramella Allahverdiyeva məhkəməvə gətirdilən şahidlərin bir-birilə əlaqədə olmamasını əsas gətirərək, onun dinlənməsini zəruri hesab etdilər. Ə.Zeynallı Gülər Əhmədova bu ilin 2 iyulunda məhkəmədə şahid (?!) qismində ifadə verərkən R.Axundovanın da qanuna zidd olaraq  zalda oturduğunu  hqakim və prokurora xatırlatdı. Buna baxmayaraq, R.Axundovanı dinləmək üçün bütün səlahiyyətlərini ortaya qoyan hakimlər və prokuror R.Axundovanın ifadə verməsinə nail oldular. Ötən ilin oktyabr ayında Baş Prokuror yanında KQMİ-nə çağrılarkən Respublika Uşaq Təşkilatının sədr müavini vəzifəsində çalışdığını qeyd edən şahid G.Əhmədova ilə 19 illik rəfiqə olduğunu, uşaqlarının bir yerdə böyüyərək tərbiyə aldığını, bütün sirr və söhbətlərinin bir olduğunu məhkəmənin diqqətinə çatdırdı. Onun verdiyi ifadəyə görə, o Ə.Zeynallı ilə cəmi bir dəfə “Xural” qəzetinin redaksiyasına G.Əhmədova ilə gedib və baş redaktoru da ordan tanıyır. Orda olarkən Ə.Zeynallının G.Əhmədova haqda müsbət yazılar yazdığını və bunun müqabilində özünə qarşı “diqqət” gözlədiyini, bu hadisəfdən bir neçə gün sonra isə G.Əhmədovanın halının xarab olduğunu və bunun səbəbini soruşarkən Ə.Zeynallının ondan 10 min manat pul tələb etdiyini dedi. Ə.Zeynallı, bu qədər professional “üzədurmanın” səbəbsiz olmadığını, artıq bu xanımların ictimai rəydə hansı işlərlə məşğul olduqlarını, sifarişlər əsasında şər və böhtanla bir baş redaktoru həbsə atdırmaq qədər gücdə olduqlarını məhkəmə heyətinə xatırlatdı: “Bu adamların nə qədər böhtançı və şantajçı olduğu fakt olaraq cəmiyyətə açıqlanır, əsas şahid deputat mandatından məhrum edilir, üzvü olduğu YAP-ın ləyaqətinə ləkə gətirdiyi üçün onun sıralarından qovulur, deputat mandatı ilə 1 milyon manatlıq alver etdiyi üçün haqqında dələduzluq faktı ilə cinayət işi qaldırılır, ölkəni tərk etməmək haqqında iltizam alınır, yenə bunlar haqqın ədaləti ilə oynayırlar, yenə şər əməllərindən əl çəkmirlər. Rüxsarə xanım siz öz qulağınızla eşitmədiyiniz bir şeyi olmuş hadisə kimi necə danışa bilirsiniz? Heç vicdanınız titrəmirmi?” kimi sualına R.Axundova soyuqqanlıqla reaksiya verdi. Onun “”Xural”da dərc olunan anonslarla bağlı verdiyi ifadəyə uyğun olaraq Ə.Zeynallı siz anonslar deyirsiniz. Neçə ifşaedici anons oxumuşdunuz bizim qəzetdə? Kənardan elə təsəvvür yaratmağa çalışırsınız ki, guya Əvəz Zeynallının işi-gücü qurtarıb G.Əhmədovadan anonsLAR, məqaləLƏR yazmağa başlayıb.“” Məlum oldu ki, R.Axundova cəmi bir dəfə belə bir anonsla “tanış olub”, ifadə verərəkən də həmin anonsun mətnini xatırlamır. Hətta hansı şəkildən istifad edildiyi də yadına düşmür. Prokuror şahidin ifadəsindəki bu əsas məqama diqqətin çəkilməməsi üçün, “şahidə zorla heç nəyi danışdıra bilməzsiniz” kimi yönləndirici replika atdı. Prokurorun bütün şahidlərin vəkili qismində çıxış etməsi, onlara tərəfkeşlik nümayiş etdirməsinə Ə.Zeynallı qəti etirazını bildirdi və “Bu gün əlinizdə bütün hakimiyyətin olduğunu düşünürsünüz, amma sizin bu cür hrəkətləriniz, AR qanunlarına hörmətsiz yanaşmalarınız, ədaləti vicdansızcasına pozmaqlarınız, bir gün sizin özünüzü bu qəfəsə salacaq. Səlahiyyətinizdən sui istifadə etməyin. 2 ay bu məhkəmə zalında at kimi kişnəyənlərin səsi bu gün elə batıb ki, onlara artıq heç kəs kömək edə bilməz.”

Ə.Zeynallının vəkili Rəşid Hacılı artıq neçənci dəfədir ki, baş redaktor haqqında məhkəmədə ifadə verən şahidıərin ifadələrində ciddi ziddiyyətlərin olduğunu dedi: “Bütün bunlar onu göstərir ki, Ə.Zeynallının həbsi sifarişlidir və onun peşə fəaliyyətinin dayandırılması məqsədilə həyata keçirilib”. XuralTAC-ın, “G.Əhmədovanın cinayət məsuliyyətinə cəlb olunmasının Ə.Zeynallının işinə nə kimi təsir göstərə bilər?” sualına vəkil, “qanuna görə belə hallar birbaşa məhkəmə prosesinə təsir göstərə bilər. Çünki G.Əhmədova Ə.Zeynallının ondan hədə-qorxu və şantaj yolu ilə rüşvət tələb etməsi faktlarla sübut olunmadığı halda, şikayətçinin bu cür əməlləri cəmiyyətə açıqlanıb. Burada həm də həmin adama inam və etibarın olmasıdır ki. bu da artıq şübhə altındadır. Güman etmək olar ki, hakim bu cür halları nəzərə alaraq daha ədalətli qərar çıxarmalı və məsələləri daha da qəlizləşdirməməlidir…” dedi.

Növbəti məhkəmə prosesi oktyabrın 2-də saat 14.00-da davam etdiriləcək.

Əvəz Zeynallı baş redaktoru olduğu “Xural” qəzetinin gündəlik nəşrinə başlarkən əsasən məmurlardan ibarət qrup qəzetin dayandırılması üçün bütün qüvvlərini səfərbər ediblər. İstədiklərinə nail olmadıqda isə baş redaktoru saxta ittihamlarla həbs etmək qərarına gəliblər. Hazırda Əvəz Zeynallı CM-in 311.3.3 və 311.3.4 maddələri üzrə şantaj yolu ilə pul tələb etməkdə ittiham olunur. Məhkəmələr siyasi sifarişləri həyata keçirdikləri təqdirdə onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Buna baxmayaraq dünya ictimaiyyəti, beynəlxalq insan haqları və jurnalist təşkilatları, o cümlədən Avropa Şurası İnsan Haqları Komitəsi Əvəz Zeynallının peşə fəaliyyətinə görə həbs olundugunu və ona görə də “vicdan məhbusu” olduğunu qəbul edərək,  dərhal həbsdən azad olunmasını tələb edirlər.   

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button