Daha iki müxalifət fəalı saxlanılıb

Fevralın 20-də D18 Hərəkatının üzvü Qadir Ağakişiyev Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Bu barədə D18 Hərəkatının rəhbəri Ruslan İzzətli Amerikanın Səsinə bildirib.

“Qadir Ağakişiyevin həbsi siyasi fəaliyyəti ilə bağlıdır. Hakimiyyət həbslərlə gənclərin aktivləşməsinin qarşısını almağa və qorxu sistemini möhkəmləndirməyə çalışır. Amma bütün bu addımlar əks effekt verir və gənclər daha da aktivləşir”, Ruslan İzzətli fəalın həbsi barədə deyib.

Namiq Abbasəliyev

Namiq Abbasəliyev

Daha bir müxalifət fəalı Namiq Abbasəliyev bu gün polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölmәsinə aparılıb.

Hüquq mühafizə orqanları həbs və saxlanılma ilə bağlı hələ açıqlama verməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button