Dairəvi yolda hərəkət məhdudlaşdırılır

Sabahdan Bakı Dairəvi Yolunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

 

Triatlon üzrə idman yarışlarının keçirilməsi ilə əlaqədar 2 may 2015-ci il tarixdə saat 05:00-dan 17:30-dək müddətdə Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt yaşayış məntəqələrini birləşdirən Bakı Dairəvi Yolunun Bilgəh qəsəbəsindən Nardaran qəsəbəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə “APA-Economics”ə Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzindən məlumata verilib.
Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Mərdəkan qəsəbəsi istiqamətdə hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button