DAK Brüsseldə Xocalı mitinqi keçirəcək
xural.com-a Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda deyilir:
“Dəyərli Dünya Azərbaycanlıları, xanımlar və bəylər! Dünya Azərbaycanlıları Konqresi (DAK), Xocalı Soyqırımının ildönümünü 26 fevral 2016-cı il tarixində Brüsseldə, Avropa Parlamentinin önündə keçirəcək. Bunun üçün böyük mitinq olacaq. Mitinq üçün Brüssel Polisindən lazım olan icazə alınıb və bu möhtəşəm mitinqdə Azərbaycan Respublikasından, Rusiyadan, Türkiyədən, Avstraliyadan, Finlandiyadan, Norveçdən, İsveçdən, Danimarkadan, Almaniyadan, Hollandiyadan, Fransadan, İsveçrədən, Polşadan, Macarıstandan və İtaliyadan qatılacaq soydaşlariımız iştirak edəcəklər və həmin soydaşlarımız üçün otellərdə yerlər də ayrılmışdır.
Bütün dünya Azərbaycanlıları olaraq bir olaq, birlik olaq, dirlik olaq!
Xocalı soyqırımını duymaq istəməyən dünyanın qulağına birlikdə hayqıraq!
Mitinqimiz: 26 Fevral 2016-cı ildə, saat 14-16 arasında, Avropa Parlamentinin qarşısında, Brüsseldə olacaq.”
xural.com
Bunların DAK adından danışmaq və tədbir təşkil etmək haqqı və hüququ yoxdur