Davudoğlu Azərbaycana: “Vizaları ləğv edin”

davudoğluTürkiyə azərbaycanlı qardaşları üçün vizanı ləğv edib. İnşallah Azərbaycan da hazırlıqları tamamlayandan sonra vizaları aradan qaldırar. 

Oxu.Az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu İğdırda bəyan edib.
“Bir millət, iki dövlət deyə birləşərik. Kılıçdaroğlu (müxalifət lideri – red.) vizanın ləğvindən danışır. Lakin bu məsələ iki tərəfin hazır olmasından asılıdır.
Biz Azərbaycana bunu təklif etdik, nə zaman hazır olarlar, başımızın üstündə yerləri var. Bütün azərbaycanlılar üçün Türkiyə ana vətəndir. Bizim üçün də Qafqaz dağları və Azərbaycan vətəndir”, – baş nazir deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button