Davudoğlu: “Tehran və Ankara Yaxın Şərqdə təhlükəsizliyi birgə bərpa etməlidir”

Əhməd Davudoğlu

Tehran və Ankara Yaxın Şərqdə təhlükəsizlik və stabilliyi bərpa etmək və əcnəbilərin regiona keçməsinin qarşısını almaq üçün birgə işləməlidir.

Xural.com report.az-a istinadən xəbər verir ki, bunu İranda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“İran və Türkiyə bəzi problemlər üzrə fərqli fikirlərdə ola bilər, lakin onların tarixi heç vaxt dəyişməyəcək və coğrafi cəhətdən iki qonşu ölkə bir-birini tamamlayır. Tehran və Ankara Yaxın Şərqdə təhlükəsizlik və stabilliyi bərpa etmək və əcnəbilərin regiona keçməsinin qarşısını almağa kömək etmək üçün birgə işləməlidir”, – deyə “Mehr” agentliyi Davudoğlunun sözlərini sitat gətirib.

Nazir, həmçinin xatırladıb ki, Türkiyə “İranı beynəlxalq qadağalar altında olduğu zaman tərk etməyib”.

“Biz çətin şəraitdə iranlı qardaşlarımızla qaldıq və hazırkı şəraitdə biz problem və əngəlləri aşmaq üçün əl-ələ tutacağıq”, – deyə o bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button