Daxili işlər naziri sıra baxışı keçirdi – Polis olmaq istəyən gənclər seçildi

ramil-usubov

Aprelin 23-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov əvvəlcədən kütləvi informasiya vasitələrində verilmiş elana uyğun olaraq, Əlahiddə Çevik Polis Alayında nazirliyin Baş İdarə, İdarə və ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, aidiyyəti Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanıb. Təxminən 1500 iddiaçının sıralarından daha hazırlıqlı olan 400 nəfər polisin sıravi və kiçik rəis heyəti, o cümlədən Daxili Qoşunların sıralarında xidmətə, 120 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün müvafiq göstəriş verilib.

14614145814714736263_1000x669

Sonra namizədlərlə görüşdə çıxış edən nazir ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mükəmməl təhsil almış, yüksək intellektə malik gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqlarını xatırladıb, bu istiqamətdə hər zaman zəruri addımların atıldığını vurğulayıb.

Sonda Ramil Usubov gələcək çətin, lakin şərəfli xidmətlərində gənclərə uğurlar arzulayıb. Nazir əmin olduğunu bildirib ki, onlar daxili işlər orqanlarında mövcud olan ən yaxşı ənənələri davam etdirəcək, qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparacaq, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcəklər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button