Deputat “Bakcell” və “Azercell”i i fırıldaqçılıqda ittiham etdi

Abonentlər kütləvi şəkildə mobil operatorların oğurluğundan narazılıq edirlər

“Bakcell”in fırıldaqçılığını, Azərbaycan vətəndaşlarını aldatdığını tənqid etmişdim. İndi də görün hansı yaramazlıqla məşğuldurlar. Ayın 13-də Moskvaya gəlməzdən öncə balansıma 45 manat pul yatırdım. Bunu təsdiq edən mesajları da aldım. İndicə, yəni ayın 14-də mesaj göndəriblər ki, balansınızda kifayət qədər məbləğ yoxdur, balansa pul yatırın. Kimsə ilə də “Bakcell” nömrəsindən iki gün ərzində danışmamışam. Gör özbaşınalıq nə səviyyədədir e…”

Xural.com məlumat verir ki, bu açıqlama ilə deputat Fazil Mustafa çıxış edib. Qeyd edək ki, deputat bir müddət öncə də “Bakcell” və” Azercell” şirkətindən narazı olduğu barədə yazmışdı.

“”Azercell” və “Bakcell” nömrələrinə qəribə 4 rəqəmli nömrələrdən sms gəlir ki, siz hansısa xidmətə qoşuldunuz. Günlük xərc də cəmi cümlətanı 59 qəpik, yəni bir aya 18 manat. Halbuki heç bir xidmətə qoşulmaq ücün xüsusi bir muraciət və s. etmirsən” – deyə Mustafa bildirmişdi.

Millət vəkili həmçinin qeyd etmişdi ki, operatorlarla əlaqə saxlayanda onlar bildirir ki, “bu, bizim xidmət deyil, filan nömrə ilə əlaqə saxlayın, bu, onların xidmətidir. Deyirsən ki, axı dediyiniz şirkət mənim nömrəmi sizdən başqa kimdənsə ala bilməz. Nə isə zəng vurursan deyilən nömrəyə bir nəfər, ya xanım, ya bəy cavab verir ki, siz internetde filan saytlara girdikdə bizim xidmətə qoşulmuş saylırsınız. Və beləcə, hətta xidməti ləğv etmək ücün 50 qəpik xərcləyirsən. Belə dəhşət olarmı, gözəlim məmləkətimizdə kim-kimi harada tutdu, çəkinmədən soyur. Yəni bilmədən hansısa xəbər saytına girdikdə bizi hansısa xidmətə qoşurlar. Bilən ləğv etdirir. Bilməyən istifadəçi illərlə soyulur. Yəni hüquqi cəhətdən dəhşətli rüsvayçı bir durumdur”.

Xural.com əlavə edir ki, hər iki şirkətin abonentlərin iradəsinə zidd olaraq müxtəlif xidmətlərə qoşaraq balansdan qanunsuz pul silməsi barədə sosial şəbəkələrdə narazıların sayı artır.

“Kampaniya başladaq!”

Məsələn, Cavid Qurbanov adlı abonent yazır ki, sentyabrın 8-də balansına 5 manat yükləsə də, dərhal 3 manat yoxa çıxıb. “Bakcell”-in 555 nömrəsinə zəng edib və ona bildiriblər ki, internet açıq qalıb, çıxıb ora. Bunun ardınca isə cəmi 30 saniyə danışıb və dərhal yerdə qalan 2 manat da sirli şəkildə yoxa çıxıb.

C.Qurbanov mobil operatorların oğurluğu ilə bağlı kampaniya başladacağını deyərək, ictimaiyyətdən dəstək istəyib:  “Mən “Bakcell”i saxlayıram. 5 manat yükləyirəm, Allah canların sağ eləsin, 3 götürürlər, 2 verirlər mənə. İndi deyəcəm kampaniya başladaq, məsələn, 1 həftə heç kim kontur yükləməsin. Həmin dəqiqə mənə zənglər gələcək. Davam eləsəm də heç kim mənə dəstək olmayacaq. Bəs yaxşı, biz nə edək? Nə dəstək olan var, nə düz düz-əmməli işləyən mobil operator”.

Jurnalist Elşəd Paşasoy: “Oturduğumuz yerdə cibimizə girirlər, əclafcasına!!!”

Jurnalist Facebook profilində yazıb ki, “Bakcell” nömrəsinə yüklədiyi konturlar kimsə ilə danışmadığım halda yoxa çıxır. Son iki həftədə davamlı zənglərdən sonra nəhayət, şirkətlə danışdım. İddia elədilər ki, bizlik deyil, hansısa reklam şirkəti sizə mesaj göndərir, hər gün pul çıxır. Soruşdum ki, həmin şirkət mənim nömrəmi kimdən alıb? Niyə mənim “Bakcell” nömrəm onlardadır, dedilər, bizlik deyil. Bir nömrə verdilər ki, zəng edin, mesajları dayandırsınlar. Br həftədir zəng edirəm, o nömrəni qaldıran yoxdur. Nömrəmdən də bir ucdan pul çıxır. Kontur yükləməyəndə də borc yazılır, yükləyən kimi borca gedir. Neçə aydır davam edən bu özbaşınalığı durduran tapılacaqmı? Oturduğumuz yerdə cibimizə girirlər, əclafcasına!!!”

 

Jurnalist Aqil Aslan: “”Bakcell” nömrəni qırıb atdım”

 

Həmkarının bu paylaşımına şərh yazan jurnalist Aqil Aslan da mobil operatorlardan narazıdır:

“Mənim Bakcell nömrəmdən də 3 aydır pul silinirdi. Maraqlıdır ki, heç bir kampaniyaya-filana da qoşulmayıb. Zəng edib şikayət edirəm, deyirlər müştəri xidmətlərinə yaxınlaş. Fikirləşmirlər ki, bəlkə müştəri bunların müştəri xidmətindən 100 km-lərlə uzaqdadır. Niyə zənglə problemi həll etmirlər? Mən də müştəri xidmətinə getməkdənsə nömrəni çıxarıb atmışam. “Nar” da eynilə nömrəmdən pul oğurlayır. Elmlər Akademiyası metrosunun çıxışı ilə üzbə-üz müştəri xidmətinə gedib məlumat verdim. Dedilər ki, 10 günə sizə məlumat veriləcək. 10 gün 4 ay oldu, gördüm hələ də zəng etmirlər, mən də nömrəni qırıb atdım. Qalıb “Azercell” nömrəm. O da arada köçürdüyüm 50 qəpiyimi oğurladı. Zəng eləyib məlumat verdim. Dedilər sistemdə köçürmə görsənmir. Dedim axı köçürmə ilə bağlı mesajım da var. Məsləhət gördülər ki, müştəri xidmətlərinə yaxınlaşım. Vaxtım olmadığından gedə bilmədim, dedim haram xoşları olsun. Yeri gəlmişkən, Bakıda və regionlarda “Azercell”in interneti də zəifdir. Bir həftə Goranboyun Xanqərvənd kəndində oldum. Nömrəmdə internet paketim ola-ola mən ondan istifadə edə bilmədim. Hələ ötən ilin avqust ayında da “Azercell”ə zəng vurub şikayət etmişdim ki, bu kənddə şəbəkə zəifdir, danışa bilmirik. 10 gün sonra zəng etdilər ki, haqlısız, Təhlədəki stansiyada texniki problemlər var, onun aradan qaldırılması proqrama salınacaq. Görünür ,bu bir il bir ay ərzində “Azercell” həmin yerdəki texniki problemi aradan qaldıra bilməyib. Ona görə də o ərazidəki adamlar “Azercell”dən imtina edərək “Bakcell” və “Nar” işlədirlər.

“Bu, açıq aşkar oğurluqdur, bizi qoyun yerinə qoymaqdır”

 

Anar Memmedov adlı Facebook istifadəçisi də “Bakcell”dən şikayətçidir: “Deməli, bir neçə aydan bir #bakcell müştəri xidmətlərinə zəng edirəm və yalvarıram ki, məndən gizlin nə məbləğ çıxırsınız və necə deaktiv edə bilərəm. Operatorlar da sənə göstəriş verirlər ki, sms yaz filan xidmətə, bəzən o da alınmır məcbursan zəng edəsən iş vaxtlarında yalvarasan həmin xidmətə ki, qadan alım mənim pulumu oğurlama, bilməmişəm qələt eləmişəm, telefonuma gələn mesajına gözucu baxmışam o da elə bilib sənin xidmətinə qoşulmaq istəyirəm. Bu açıq aşkar #oğurluqdur, bizi qoyun yerinə qoymaqdır ama kimə deyəsən, dərdini necə sübut edəsən ki, vallahi mən heç nə etməmişəm, özü qoşub məni xidmətə. Yaxşı mən bilmədim qoşuldum xidmətə, hanı mənim qoşulma haqqında xəbərdarlıq SMS-im, hanı hər gün gizlin oğurlanan məbləğin xəbərdarlıq SMS-i, amma STOP yazıb göndərəndə xəbərdarlıq gəlir. İndi biz nə edək, kimə deyək dərdimizi, necə çıxaq bu işdən??????”

“Azərbaycan xalqını ələ salan şirkətə #bakcell deyilir”

Politoloq Hikmət Hacızadə də mobil operatorların oğurluğunun qurbanlarındandır:  “Uca millət! Köməyiniz lazımdır. Telefonuma hansısa program yüklənib və parta-part pulumu silir ordan! Bu qarətə necə son qoyum? Yəqin ki, çox adam belə hadisələrlə rastlaşıb!”

Famil F.Almammadov adlı abonent isə bakcell-də olan problemləri bu cür ifadə edib:

“Azərbaycan xalqını ələ salan şirkətə #bakcell deyilir”.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button