Deputat Fəzail Ağamalının oğlu maşınla adam vurub

Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu “Jeep” markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.

Tibb Universitetinin qarşısında baş verən hadisə zamanı piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı Ehsan Zahidov virtualaz.org-un əməkdaşı ilə söhbətində bildirib ki, Fəzail Ağamalının oğlunun maşınla adam vurması barədə məlumata malik deyil.

1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) isə bildirilib ki, yaralı Nurullayev Qərib Şakir oğlu hazırda palatadadır və vəziyyəti yaxşıdır: “Onun sağlamlığı üçün heç bir təhlükə yoxdur, müalicəsi davam etdirilir”.

Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button