Deputatdan təklif: “”QARADAĞ” rayonu “HEYDƏR ƏLİYEV” adlandırılsın”

Milli Məclisin bu günkü iclasında iclasında deputat Aydın Hüseynov Qaradağ rayonunun adının dəyişdirilməsi ilə bağlı təklif verib.

“Ələt azad iqtisadi zonası” haqqında qanunun birinci oxunuşda müzakirəsində çıxış edən zamanı deputat Aydın Hüseynov deyib ki, bu il mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyidir. O qeyd edib ki, Heydər Əliyevin Qaradağ rayonunun inkişafında böyük rolu olub. “Bütün bunları nəzərə alaraq, Qaradağ rayonununun adının dəyişdirilərək, “Heydər Əliyev” rayonu adlandırılmasını təklif edirəm.(24saat.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button