Deputatlara vəsiqə verildi

Milli_Meclis.jpg

“Bütün beynəlxalq qurumlar Azərbaycanda keçirilən parlament seçkilərini azad və ədalətli seçkilər kimi qiymətləndirib. Avropa Şurası Parlament Assambleyası da seçkilərə yüksək qiymət verib”.

xural.com apa.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin ilk plenar iclasının açılışında sədr Oqtay Əsədov deyib. O, bu gün deputat vəsiqələrinin paylanacağını bildirib və bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova söz verib.

M. Pənahov azad və ədalətli seçkilərin keçirilməsi üçün ilk şərtin siyasi stabillik olduğunu söyləyib. MSK sədri seçkilərin şəffaf olması üçün veb-kameraların tətbiqinin də mühüm addım olduğunu vurğulayıb. O, Milli Məclisdə çoxlu sayda partiyaların üzvlərinin təmsil olunduğuna diqqət çəkib və bütün deputatları təbrik edib.

Bu gün həmçinin Milli Məclisin ilk plenar iclasında komitə sədrlərinin müavinləri seçilib.

Rövşən Rzayev Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin, Aydın Mirzəzadə Müdafiə Komitəsinin, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin, Ağalar Vəliyev İqtisadi Siyasət Komitəsinin, Sənaye və Sahibkarlıq Komitəsinin, Kamran Nəbizadə Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin, Eldar Quliyev Aqrar Siyasət Komitəsinin, Rauf Əliyev Əmək və Sosial Siyasət Komitəsinin, Fəttah Heydərov Regional Məsələlər Komitəsinin, Bəxtiyar Əliyev Elm və Təhsil Komitəsinin, Jalə Əliyeva Mədəniyyət Komitəsinin, Yevda Abramov İnsan Hüquqları Komitəsinin, Sevinc Fətəliyeva Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin, Musa Quliyev Səhiyyə Komitəsinin, Sahibə Qafarova Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin, Xanlar Fətiyev İctimai Birliklər və Dini Qurumlar Komitəsinin, Ülvi Quliyev Gənclər və İdman Komitəsinin sədr müavini seçiliblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button