Devalvasiyadan sonra qiymətlərinnə qədər qalxdığı açıqlandı

erzaq

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri 11,7 faiz qalxıb.

Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov AzadlıqRadiosuna deyib ki, iki ayda əvvəlki ilin eyni dövrünə nəzərən ərzaq məhsulları orta hesabla 14,8%, qeyri-ərzaq malları isə 15,7 faiz bahalaşıb.

Xidmətlərdə qiymət artımı 4,04 faiz olub. Fevral ayında yanvara nisbətən inflyasiya 0,4 faiz olub.

Ərzaq və qeyri-ərzaq mallarının qiyməti 0,6 faiz, xidmətlər isə 0,15 faiz bahalaşıb. İqtisadiyyat Nazirliyi 2016-cı ildə inflyasiyanın 12,1 faiz səviyyəsində olacağı proqnozlaşdır.

Ötən il qiymətlər rəsmən 4 faiz qalxmışdı. Ötən ilin sonunda Azərbaycanda ikinci devalvasiya olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button