“Deyəsən boğazları quruyub, çox çay içirlər, çağırın gəlsinlər”

Qanun layihəsinin səsverməsi zamanı yetərsay alınmadı

“Peşə təhsili haqqında”qanun layihəsi Milli Məclisin iclasında ikinci oxunuşda əsas kimi səsə qoulan zaman yetırsay baş tutmayıb. Bizimyol.info xəbər verir ki, spiker Oqtay Əsədov zaldan çıxan deputatları içəri cağırmaq tapşırığı verib.

“Burada cəmi 97 deputat iştirak edir, amam səs verən 87 nəfərdir. Çağırın o biriləri gəlsin. Deyəsən boğazları quruyub, çox çay içirlər. Çağırın gəlsinlər”.

Deputatlar zala daxil olduqdan sonra yenidən səsvermə keçirilib və qanun layihəsi 2-ci oxunuşda əsas kimi qəbul edilib.
Müzakirələr davam edir.(bizimyol.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button