Diaspora Mərkəzi əməkdaşlıq memorandumu imzaladı

Beynəlxalq Diaspor Mərkəziylə (BDM) Litva Azərbaycanlıları Cəmiyyəti arasında 09/02/2011-ci il tarixində əməkdaşlıq memarandumu imzalanıb. Memaranduma əsasən hər iki təşkilat Dünya Azərbaycanlıları arasında Həmrəyliyin təbliğ edilməsi, Litvada Azərbaycan Diasporunun möhkəmləndirilməsi, lobbiçilik və Azərbaycan Diaspor hərəkatının formalaşması istiqamətində qarşılıqlı informasiya mübadiləsi, eləcə də birgə laiyəhələrin keçirilməsi qərara alınıb.

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində keçirilən memarandumun imzalanması mərasimində BDM sədri İsmayıl Ağayev və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevin çıxışlarında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində diaspor təşkilatlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, iki təşkilat arasında imzalanan memarandum Diasporla İş Üzrə Dövlət Komitəsinin və Milli QHT Forumunun təşəbbüs və dəstəyi ilə ərsəyə gəlib.

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button