DİN-dən Nemət Pənahlının saxlanılmasına reaksiya: “Xəbərdarlıq edildi…”

Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi

Daxili İşlər Nazirliyi (DİN) Nemət Pənahlının polis tərəfindən saxlanılmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, N. Pənahlı polis əməkdaşları ilə mübahisə etdiyi üçün saxlanılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

nemət pənahli

Qeyd edək ki, AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında keçirilən hazırlanmış aksiyada iştirak edən gənclərin söyüşlər söyməsi, ədəbsiz təhqirlərə yol verməsi həmin binada yaşayan Milli Azadlıq Hərəkatının lideri Nemət Pənahlını haqlı olaraq qəzəbləndirib və o gənclərə onlarla ailənin yaşadığı binanın qarşısında təhqiramiz ifadələr işlətmələrinin doğru olmadığını deyib.

aksiya eli

N.Pənahlının xanımı Həcər Pənahlının xural.com-a verdiyi məlumata görə, bundan sonra gənclərlə N.Pənahlı arasında yaranan mübahisə, sonunda onun polis tərəfindən saxlanılaraq yaşadığı evin qarşısından Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparılmasına səbəb olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button