DİN-dən sahibkarlara dəstək – 1002 nömrəli “Qaynar xətt” yaradıldı

DİN-1.jpg

Bundan sonra sahibkarlıq fəaliyyətinə mane olma halları barədə Daxili İşlər Nazirliyin (DİN) 1002 nömrəli “Qaynar xətt”inə də məlumat vermək olacaq.

DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə dövlət başçısının 2015-ci il 26 oktyabr tarixli fərmanı rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası, o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bununla əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal nazirliyin 1002 nömrəli “Qaynar xətt”inə məlumat verilməsi xahiş olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button