DİN-in saytında yanlışlıq – bilərəkdən?!

ramil usubovDaxili İşlər Nazirliyində mətbuat xidmətinin telefonları saytda yanlış göstərilib. Belə ki, DİN-in saytında göstərilən telefon nömrələri 490-98-64; 490-93-92 olaraq qeyd edilib. Dəfələrlə bu telefonlara zəng açan Oxucularımızın müraciətindən sonra xural.com olaraq məsələ ilə maraqlandıq. Həqiqətən də durumun elə olduğunu gördük. DİN mətbuat xidməti ilə əlaqə saxladıq və oradan bizə bildirdilər ki, heç vəziyyətin fərqinə varmayıblar. Abdullayev soyadlı əməkdaş lap təəccübləndi: “Vallah, heç xəbərim yoxdur, həqiqətən elə yazılıb? Baxarıq.”

Maraqlıdır, ölkənin ən ciddi nazirliklərindən birinin saytında telefon nömrələri “4”-lə başlayır, vətəndaşlar zənglərə “bu nömrə təyin olunmayıb” cavabını alır, bunların hələ xəbəri yox…

İnanırıq ki, bu yazımızdan sonra yanlışlıq düzəldiləcək.

xural.com

din metbuat

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button