Dindarlar İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirdilər -FOTO

xural.com-un apa.az-a istinadən verdiyi məlumata görə, bir qrup dindar “Beynəlxalq Qüds günü” münasibətilə bu gün səhər saatlarında səfirlik qarşısında aksiya keçirməyə cəhd göstərib. 
Qeyd edək ki, 4 il əvvəl avqustun 27-də keçirilən eyni tələbli aksiyada

 40-a yaxın dindar iştirak etmişdi. Aksiya iştirakçıları “İsrail məhv olsun, Qarabağ azad olsun”, “İsrail məhv olsun, məhbuslar azad olsun” şüarları səsləndirmişdilər.

 İsrail dövlətinin yarandığı gündən müsəlmanlara qarşı zülm və terrorlarına etiraz edən dindarlar, bu cür etiraz aksiyaları ilə dünyaya müsəlmanların həmrəyliyini nümayiş etdirmək və beynəlxalq terrora etiraz etmək istəyiblər.

Polis razılaşdırılmamış aksiyanın keçirilməsinə imkan verməyib.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button