Dindarlar Mehriban Əliyevaya təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin etməsi ölkənin qərb bölgəsində yaşayan dindarların sevincinə səbəb olub.

Bu barədə Reyting.az-a Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaszadə məlumat verərək bildirib ki, ölkə başçısının müvafiq sərəncamı onların böyük sevincinə səbəb olub:

“Biz, Mehriban Əliyevanı Birinci vitse-prezident təyin edilməsi münasibəti ilə təbrik edir, ona bu işində uğurlar arzulayırıq. Uca Allaha dualar edirik ki, bu işdə Mehriban xanıma kömək olsun.

İnanıram ki, bu uğurlu təyinat Azərbaycanın daha da inkişaf etməsi, ölkəmizin böyük nailiyyətlər qazanması üçün çox vacibdir. Biz bundan çox sevinir və Allaha dualar edirik.

Mən, Gəncə dindarları adından Mehriban Əliyevaya təbrikimi çatdırmaqla yanaşı, cənab İlham Əliyevə bu vacib sərəncamı imzaladığı üçün təşəkkürümü bildirirəm. Xüsusilə, Mehriban xanımın bir mesajı bütün cəmiyyətə xoş ovqat verdi və o dedi ki, “Prezidentin və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam.” İnanıram ki, Mehriban Əliyeva hər zaman olduğu kimi, bu dəfə də dediyini edəcək və dövlətçiliyimizə xidmətini davam etdirəcək”.

Hacı Tahir Abbaszadə bildirib ki, Mehriban Əliyevanın bu vəzifəyə təyin edilməsi münasibəti ilə ona təbrik məktubu da ünvünlayıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button