Dollar bahalaşır

ABŞ dollarının məzənnəsi qlobal valyuta bazarında Yaponiya yeni istisna olmaqla digər bütün əksər valyutalarla müqayisədə möhkəmlənməyə başlayıb.

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, buna səbəb Yaponiya Mərkəzi Bankının (BoJ) bu gün monetar siyasətini sərtləşdirərək istiqraz alışını 20 mlrd. yen (177,3 mln. dollar) azaltması barədə xəbər olub.

BoJ-un qərarından sonra əvvəlcə Yaponiyada, daha sonra Avropada faizlər artmağa başlayıb. Bununla yanaşı, ABŞ dövlət istiqrazlarının faizlərində də artım müşahidə olunub. Belə ki, ABŞ-da 10 illik etalon dövlət istiqrazlarının faizləri son 10 ayda ilk dəfə 2,50% səviyyəsini ötüb. “ING Bank NV”nin faiz strategiyası üzrə mütəxəssisi Martin van Vilet bildirib ki, ABŞ bazarının açılması və törəmə maliyyə alətləri ilə əməliyyatların başlamasından sonra nələr olacağını görmək maraqlıdır: “Əgər 10 illik istiqrazların faizi 2,50% səviyyəsini aqressiv şəkildə ötərsə, o zaman 2,60%-ə doğru hərəkətin şahidi ola bilərik”.

“Report”un analitik qrupu bildirir ki, əgər ABŞ-ın 10 illik istiqrazlarında artım davam edərsə, dolların möhkəmlənməsi prosesi bir müddət aktuallığını qoruyacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button