“Donald Kuk” insidenti müzakirə masasında

gemi

ABŞ dövlət katibi Con Kerri rusiyalı həmkarı Serqey Lavrovla rus bombardıman təyyarələrinin “Donald Kuk” gəmisi üzərindən uçuşlarını müzakirə etmək niyyətindədir.

Xural.com strateq.az-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.

Kerri də açıqlamasında rus S-24-lərinin bu uçuşlarını “təxribat xarakterli və təhlükəli” adlandırıb, Amerika gəmisinin onları vura biləcəyini deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü İqor Konaşenkov isə Su-24-lərin heç bir təhdid manevri həyata keçirmədiklərinə inanır. Sözçü “Rossiya-24” telekanalına açıqlamasında hadisəyə xeyli fəlsəfi yanaşıb: “Amerika gəmilərinin su gəzintisinə çıxmaq hüququ rus təyyarələrinin havada seyrə çıxmaq hüququnu ortadan qaldırmır”.

Xatırladaq ki, Baltik dənizində Polşa sahillərinə üzən Amerika gəmisi rus S-24-lərin “içəşmələrinə” məruz qalmışdı. Təyyarələr gəminin göyərtəsinin 10 metr yüksəkliyindən dəfələrlə müxtiqəlif istiqamətlərə uçaraq, onu təhdid etmişdilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button