Dövlət nəşriyyatı “ASİ” qəzetini çap etməkdən imtina etdi

Qəzetin kollektivi beynəlxalq qurumlara müraciət edəcək

Prezident Administrasiyası yanında “Azərbaycan” Dövlət Nəşriyyatı “ASİ” qəzetini çap etməkdən imtina edib.
Bu barədə redaksiyamıza məlumatı qəzetin baş redaktoru Anar Mahmudoğlu verib. A.Mahmudoğlunun sözlərinə görə, dekabrın 7-də “E.Q” mətbəəsi “ASİ” qəzetini çap etməkdən imtina edib: “Dekabrın 8-də Azərbaycan nəşriyyatına qəzetin çap edilməsi ilə bağlı rəsmi müraciət etdik. Bu gün nəşriyyatdan bizə bildirdilər ki, “ASİ” qəzeti plana salınmadığı üçün çap edilməyəcək. Nəşriyyat rəhbərliyi bunu “texniki imkansızlıqla” əlaqələndirdi”.
A.Mahmudoğlunun sözlərinə görə, nəşriyyat rəhbərliyinin acıqlanması bəhanə xarakterlidir: “Sadəcə olaraq “Xural” və “ASİ” qəzetlərinin çapına qeyri-rəsmi şəkildə qadağa qoyulub. Mənim və qəzetin digər əməkdaşlarının da təhdid edilməsi bu kompaniyanın tərkib hissəsidir”. A.Mahmudoğlunun sözlərinə görə, qəzetin kollektivi baş verənlərlə bağlı xarici ölkələrin səfirliklərinə və beynəlxalq təşkilatlara müraciət edəcək.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button