Dövlət neft şirkətindən soruşublar: 23 milyard dollar hara yoxa çıxıb?

Nigeriyanın dövlət neft şirkəti Nigerian National Petrolium Corp. (NNPC) neft satışından və “Nigeria LNG Ltd” şirkətindən əldə edilmiş 22.7 milyard dolların hara yoxa çıxdığını heç cür izah edə bilməyib. Virtualaz.org xəbər verir ki, həmin milyardların hara yoxa çıxdığı barədə sualı Londonda mənzillənmiş Beynəlxalq Şəffaflıq Təşəbbüsünün (EITI) yerli nümayəndəliyi şirkətə ünvanlayıb. Lakin sual cavabsız qalıb. Bu haqda “Bloomberg” yazır.

EITI bildirir ki, Nigeriyanın neft sektoru “qara dəlik” olmaqdan çıxıb, amma hələ də bu sektorda böyük şəffaflığa ehtiyac var. Nigeriya dövlət şirkəti pulların hara yoxa çıxdığı barədə “Bloomberg”in suallarını da cavabsız qoyub.

Nigeriya hökuməti “Shell”, “ExxonMobil”, “Total”, “Chevron” və “Eni SpA” şirkətləri ilə birlikdə yaradılmış birgə müəssisələr vasitəsilə ölkədə hasil edilən neftin 90 faizinə sərəncam verir. 2004-cü ildə Nigeriya EITI-yə qoşulub. Həmin vaxtdan bəri yerli və beynəlxalq QHT-lər neft gəlirlərinin oğurlanmasının miqyasını azaltmağa nail olublar.

2013-cü ildə Nigeriya Mərkəzi Bankının rəhbəri Lamido Sanusi bəyan etmişdi ki, ölkə 2012-2013-cü illərdə 50 milyard dollar neft gəlirlərini itirib. Onun sözlərinə görə, həmin pulların izi NNPC-yə aparır. Eks-preziden Olusequn Obasandjo isə bildirmişdi ki, hər gün Nigeriyada 430 min barrel neft yoxa çıxır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button