Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasının rəisi dəyişdirildi

mtn1-e1445439444669

Dövlət Təhlükəsizlik Xidməti

Fəqan Yaqubov istintaq təcridxanasının rəisi vəzifəsinə təyin edilib. Mayor Zaur Məmmədov ötən həftə işdən azad edilib.

Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasına yeni rəis təyin edilib.

Lent.az-ın məlumatına görə, Fəqan Yaqubov istintaq təcridxanasının rəisi vəzifəsinə təyinat alıb.

F.Yaqubov buna qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyib.

Ötən ilin sonlarında Milli Təhlükəsizlik Nazirliyinin bir sıra yüksək rütbəli şəxsləri həbs edilmiş, daha sonra isə nazirlik ləğv edilərək əvəzində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılmışdı.

Penitensiar Xidmətin rəisi Mədət Quliyev DTX-nın, Orxan Sultanov isə XKX-nin rəisi təyin edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button