Dr.Yəhya Daşdələn Rafiq Tağıya cavab verdi

“Mən Məhəmməd Əminlə siyasi mübarizə aparanda sən çörəyə “əppək” deyirdin!..”

 Ankarada fəaliyyət göstərən Azərbaycan Lobbi Klubunun sabiq başqanı Yəhya Daşdələnin qəzetimizə yazıları müxtəlif müzakirələrə səbəb olur. Bu müzakirələrdən birində yazıçı Rafiq Tağı sərt münasibəti ilə yadda qalmışdı. Ötən saylarımızda yazdığı bir müəllif yazısında Yəhya Daşdələni dövlər çevrilişində ittiham edən yazıçıya bir çox yazarlar cavab versələr də, əsl gözlənilən cavab Yəhya Daşdələndən idi və Yəhya bəy özü bu həftə redaksiyamıza göndərdiyi qısa notda bu cavabı verdi.

“Mən yaşlı bir adamam. Ömrümün böyük bir hissəsini Azərbaycan uğrunda mübarizəyə qurban vermişəm. Rafiq Tağının bu yazısı ədalətsizdir və onu şiddətlə qınayıram” – deyə qısa münasibət bildirən qocaman mücadilə adamı, sözlərini bu anlamlı cümlələrlə bitirir: “Hörmətli Rafiq Tağı bəyi təbrik edirəm. Bəzi yazarlar var ki, bugün Azərbaycanda qurulan Stalinist-faşist diktatorluğun tam arzuladığı dillə danışır, yazırlar. Rafiq bəy də bunlardan biridir. Bu yazarların güclü bir siyasi narkoz alaraq Azərbaycandan xəbərsiz olduqlarını və gipnoz halında fəaliyyət göstərdiklərini görürəm. Hörmətli Rafiq bəyin çörəyə “əppək” dediyi zamanlarda mən Ulu Öndər Məhəmməd Əmin Rəsulzadənin yanında siyasət öyrənirdim. Bu gün dünyada yaşayan Məhəmməd Əminlə çiyin-çiyinə mübarizə aparan yeganə insanam. Bilmirəm, əlavə izahata ehtiyac varmı? Bu insanın mənə həqarət etməsinə gərək vardımı?”

 XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button