DSMF-nin bir qrup əməkdaşı haqda cinayət işi açıldı

bash-prokurorluq

Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin bir qrup əməkdaşı barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a daxil olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin bir qrup əməkdaşı tərəfindən saxta məhkəmə qətnamələri əsasında təyinatların aparılması barədə daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb:

“Araşdırmalar zamanı Fondun Masallı rayon şöbəsinin “Pensiya təyinatı və maliyyə uçotu” sektorunun bir qrup əməkdaşı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə, 2003-2013-cü illər ərzində 85 rayon sakininə övladlığa götürmə və pensiya stajlarının artırılmasına dair saxta məhkəmə qətnamələri əsasında pensiya təyinatları aparmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button