Dünya dövlətləri dollara boykot elan etdilər

ABŞ prezidenti Donald Trampın proteksionist iqtisadi addımlarından sonra dünyanın ən iri mərkəzi bankları dollarda olan şəxsi ehtiyatlarını ixtisar edərək, avroda olan ehtiyatları artırmaq niyyətindədirlər. Virtualaz.org xəbər verir ki, bu barədə “Bloomberg” analitiklərə istinadən bildirib.

Hazırda bütün dünyada valyuta ehtiyatlarının təxminən 64%-i ABŞ valyutasında qorunur. Avropa valyutasının payına isə cəmi 20% düşür. Lakin analitiklərin fikrincə, bu gün avronun alışı üçün mövcud şərtlər “heç zaman olmadığı kimi cəlbedicidir”. Bununla birlikdə, bazardakı vəziyyət heç də Amerika dollarının xeyrinə deyil.

Uoll Stritin aparıcı analitiklərindən biri Yens Nordviqin fikrincə, 2020-ci ilə qədər 500 milyard dollardan çox valyuta ehtiyatı avroya keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button