O.Gülalıyevin oğlunun Apelliyasiya məhkəməsi təxirə salınıb

o.gulaliyevÇərşənbə axşamı Bakı Apelliyasiya məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əlgüşad Gulalıyevlə bağlı məhkəmə prosesi başlayıb.

Bundan əvvəlki məhkəmə proseslərində müdafiə tərəfinin apelliyasiya məhkəməsinin məhkəmə istintaqı ilə aparılması, şahidlərin, zərərçəkənin məhkəmədə ifadə verməsi, iş materiallarındakı video-görüntüyə baxış keçirilməsi, məhkəmə prosesinin video-çəkilişlə aparılması və s. vəsatətləri qəbul edilməyib.

Hakim bu günkü prosesi təxirə salıb və prosesi avqustun 24-nə təyin edib. Şikayətçilər prosesdə iştirak etmirlər və şikayətçi olmadıqlarını deyərək məhkəmə gəlməkdən boyun qaçırırlar.

Ə. Gülalıyev Xətai rayon məhkəməsinin 30 oktyabr 2014- cü il tarixli hökmü ilə cinayət məcəlləsinin 221.1- ci maddəsi ilə ittiham olunaraq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Ə.Gülalıyev 2013- cü ilin sentybarında yaşadığı NZS qəsəbəsində naməlum şəraitdə döyülərək bıçaqlanıb. İstintaq cinayətkarları tapmaq əvəzinə Ə. Gülalıyevə cinayət işi aşıb, təqsirləndirilən şəxs qismində qət-imkan tədbiri seçilib. Cinayət işini Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsi aparıb.

Ə.Gülalıyev Mill Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğludur. O. Gülalıyev  özü isə Sabirabad rayon məhkəməsinin 13 iyun 2012- ci il tarixli hökmü ilə polis nəzarətində olmaqla ev dustaqlığına məhkum edilib, cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə ittiham olunur, ölkədən çıxışına qadağa qoyulub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button