Dünya ölkələrinin rəsmiləri Bakıda BMT SA-nın 7-ci Qlobal Forumunda toplaşacaq – SİYAHI

bmt

2016-сı ilin 25-27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna qatılacaq qonaqlarınn bir qisminin adı açıqlanıb.

Bildirilib ki, Türkiyənin Baş Nazirinin müavini Yıldırım Türkeş, Braziliya xarici işlər naziri Mauro Vieira, İran İslam Respublikasının vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər, Tunis Prezidentinin mədəni işlər üzrə məsləhətçisi Hassen Arfaoui, Qazaxıstan Parlamenti Senatının sədri Kassym Jomart Tokayev, Belarus Nazirlər Kabinetinin sədri Mixail Myasnikov, Moldova Respublikasının İcraçı Komitəsinin və Qaqauziyanın rəhbəri İrina Vlah, Çinin Sivilizasiyalar Dialoqu üzrə Qiaoloji İnstitutunun Prezidenti və təsisçisi, Chang’An Forumun İcraçı Prezidenti Ping Gao iştirak edəcək:

“Forumun Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir”.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button