Dünyanın ən nüfuzlu neft şirkətləri – BP

Böyük Britaniyanın enerji şirkəti olan BP dünyanın aparıcı neft şirkətlərindən biridir. FORBS jurnalının reytinqinə görə dünyanın üçünçü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub.

BP-nin Mərkəzi ofisi İngiltərənin paytaxtı Londonda yerləşir.

1987-ci ilə qədər BP dövlətin mülkiyyətində olub. “British Petroleum” Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 milyard funt-sterlinq ($10 milyard) gəlir gətirir.

Tarixinə nəzər salsaq görərik ki, British Petroleum şirkətinin əsası ingilis biznesmeni və hüquqşünası Vilyam Noks D’Arsitərəfindən qoyulub. 1901-ci ilin mayında Vilyam neft axtarışı üçün İran hökümətindən rəsmi icazə alır. Vilyam neft axtarışı üçün əsas mühəndis kimi Corc Reynoldsu işə alır. Şirkət ilk illərində heç bir nəticə əldə edə bilmir. İxtisaslı kadrların çatışmaması, İran hökümətinin kifayət qədər şirkətə dəstək göstərməməsi, yerli əhalinin gəlmələrə qarşı pis münasibəti şirkətin maliyyə resusrlarını tükətdi. 1905-ci ildə Burmah Oil şirkəti İranda yeni neft ehtiyatları axtarışı üçün yatırımlar etdi.

Şirkətin ilk kəşf etdiyi neft yataqları 1908-ci ilin mayında İranın cənub-qərb hissəsində Məşid və Süleyman adlı neft yataqları oldu. Artıq 1909-cu ildə İngilis-Fars Neft şirkəti (Anglo-Persian Oil Company) formalaşdırılmışdı. Şirkətin səhmlərinin 97%-i Burmah Oil-ə məxsus idi. Qalan səhmlərin sahibi şirkətin birinci sədri Lord Stratkona idi. D’Arsi şirkətdə direktor vəzifəsini tuturdu, amma İngilis-Fars neft şirkətinin sonrakı inkişafına əhəmiyyətli dərəcədə təsir etmirdi. Daha sonra neft axtarışı işləri Çarlza Qrinveyə tapşırıldı. 1910-cu ildə Qrinvey direktor vəzifəsini tutdu və 1914-cü ildə şirkətin sədri oldu. Həmin il şirkət müflisolma həddində idi. Əsas çətinliklər satışla yarandı. Sənaye yağları bazarı artıq Amerika və Avropa istehsalçılarının arasında bölünmüşdü, yanacaq bazarı isə hələ yenicə yaranmaqda idi. Qrinvey Britaniya hökumətiylə qarşılıqlı sərfəli razılaşmanın imzalanması yolu ilə İngilis-Fars neft şirkətini  Royal Dutch Shell şirkətinin təsiri altına düşməsindən xilas etdi.

Şirkətin sonrakı genişlənməsi I Dünya Müharibəsinin sonra keçən onillik ərzində oldu. Marketinqin yeni metodları tətbiq edilmişdi, məsələn nefti indi yeni iki qallonlu bankalarda satırdılar. İngilis-Fars neft şirkəti həmçinin İranda və İraqda öz məhsullarını istehsal edirdi; şirkətə məxsus dəniz limanlarının beynəlxalq zənciri yaratdı və 1926-da aviasiya yanacağını satmağa başladı. Abadanda tikilmiş zavoda nisbətən daha kiçik neft emalı zavodları 1921-ci ildə Cənubi Uelsdə və 1924-cü ildə Şotlandiyada tikildi. Bundan başqa şirkət Fransanın Kurşellet şəhərindəki neft emalı zavodunun səhmlərinin böyük hissəsinə sahib idi. Bu cür fəaliyyətlər şirkətin biznes strukturuna əhəmiyyətli dərəcədə təsir etdi. Şirkətin səhmlərinin 80%-dən çoxu İranda yerləşən yataqlara aid idi, 1917-ci ildən sonra isə şirkətin əsas kapitalının yarısı neft paylanması və daşınması donanması sistemini əhatə edirdi. Amerikada və Avropada yeni növ avtomobillərin yayılması şirkətin fəaliyyətinə müsbət təsir etdi. 1925-ci üzərində BP loqotipi olan yanacaqdoldurma məntəqələrinin sayı altı minə çatdı (1921-də onların sayı cəmi 69 idi). 1935-ci ildə şirkət İngilis-İran Neft Şirkəti adlandırıldı. II Dünya Müharibəsindən sonrakı illərdə şirkət neft-kimya sənayesində kök salmağa başlayır. 1947-ci ildə Distillers şirkətiylə imzalanan razılaşma əsasında daha sonra məşhur olmuş British Hydrocarbon Chemicals birgə şirkətinin yaranmasına gətirib çıxarmışdı. İkinci neft-kimya kompleksi 1961-ci ildə Cənubi Uelsdə Bağlan körfəzində tikilmişdi.

BP yaşadığı siyasi proseslərə baxmayaraq, dünyanın neftlə zəngin olan ölkələrinə sərmayə qoymaqdan çəkinməyib. Yaxın Şərqdə mövcud olan kövrək tarazlıq qəfildən pozulandan və İran höküməti neft sənayesini milliləşdirdiləndən sonra və həm də yalnız üç il davam edən danışıqlardan sonra münaqişə neft şirkətlərinin konsorsiumunun yaradılması yolu ilə nizama salınmışdı. 1954-cü ildə şirkətin adı dəyişdirilərək British Petroleum adlandırıldı və İrandakı konsorsiumun səhmlərinin 40%-nə sahib oldu. Bu vaxt şirkət Dünkerkdə (Fransa) sürtkü materiallarının istehsalı üzrə özünün birinci zavodunu işə saldı. Bir neçə il sonra zavod Avropada ilk dəfə hər mövsümə uyğun olan  BP Visco Static yağını istehsal etməyə başladı. Yaxın Şərqdən asılılığı azaltmaq məqsədi ilə BP şirkəti  qərb yarımkürəsinin yataqların axtarış və istismarı ilə məşğul olmağa başladı. Şimal dənizində və Alyaskada böyük karbohidrogen yataqlarının kəşfi şirkətin inkişafı üçün əhəmiyyətli rol oynadı. 1965-ci ildə Vest Soul (West Sole) qaz yatağı aşkar edildi və hasilat işlərinə iki il sonra başlandı. Neft axtarışı daha şimalda yerləşən regionlarda aparılır və 1970-ci ildə BP Böyük Britaniya ərazisində tapılmış birinci böyük yataq olan Fortis (Forties field) yatağını kəşf edir. 1973 və 1980 illərində neft qiymətlərinin düşməsiylə əlaqədar şirkət 70-ci və 80-ci illərdə böyük zərərə uğradı. 1979-cu ildə Nigeriyada şirkətin aktivləri milliləşdirilmişdi, həmçinin Küveytdə neft hasilatı azaldı. 1970-ci illərdə baş verən hadisələr bütün neft sənayesinə öz təsirini göstərdi. Bununla belə, şirkət göstərdi ki, 1951-ci ildə İranda etdiyi kimi Orta Şərq xaricində böyük investisiya proqramının həyata keçirilməsi sayəsində sağ qala bilər. 1980-ci illərin əvvəlindən BP Şimal dənizində bir çox neft və qaz yataqlarının istismarına başladı. 1977-ci ildə Alyaskada 800 mil uzunluğunda Transalyaska neft kəmərinin tikintisi Prudo Bey yatağını istismar etməyə imkan verdi. 1970-ci illərin ortalarında BP qeyri-neft profilli sahələrə fəal sərmayə qoymağa başladı. Bu sahələrə informasiya texnologiyaları, mineralların istehsalı, kömür biznesi, qida məhsulları, yeyinti sənayesi, heyvanlar üçün yem, şəxsi gigiyenanın predmetləri istehsalı aid idi. 1987-ci ildə BP BritOil və Standart Oil satın aldı. 1990-cı illərin sonlarında Amoco, ARCO, Castro və Aral şirkətləri BP tərkibinə girdi. 1989-cu ildə BP loqotipi dəyişdirildi. Yeni loqotipdə üstünlük olan British Petroleum və yaşıl rəngin arasında birlik iddiasına yönəldilmiş kampaniya başlandı. Sonrakı sonrakı fəaliyyəti ətraf mühitin qorunması, səhiyyə, təhlükəsizlik istiqamətində həyata keçirilməyə başladı.

BP – qəzalar üzrə liderə çevrilir

Lakin XXI əsr BP üçün düşərli olmadı. Bir necə qəza BP-nin reytinqinə ciddi təsir edir. Onlardan 2005-ci il Texas zavodlarının birində baş verən qəzada 15 nəfər ölüb, çox sayda yaralanan olub. BP ölən və yaralananların ailələrinə ümumiklikdə 700 mln.$ kompensasiya ödəyib.

2010-cu ildə Meksika körfəzindəki platformaların birində, tarixdə ən böyük neft sızması baş verib. Ekspertlərin dəyərləndirmələrinə görə dənizə hər gün 1000 tona yaxın neft axıb. Ümumi zərər 37 mlrd.$ həcmində dəyərləndirilib.

Onu da qeyd edək ki, şirkətin səhmlərinin 95 %-i sərbəst dövriyyədədir (2011-ci ilin yanvarına olan məlumatlara görə). Səhmlərin 5% Rosneft şirkətinin mülkiyyətindədir.

BP və Azərbaycan

Əsrin müqaviləsindən sonra Azərbaycanla əməkdaşlığı bərpa edən şirkət hazırda Azərbaycan hökuməti ilə bağlanmış bir neçə hasilatın pay bölgüsü sazişi və tranzit əraziyə malik ölkə höküməti sazişi (TƏMÖHS) əsasında fəaliyyət göstərir. Gürcüstan və Türkiyədə o, ixrac boru kəmərləri və terminalları əhatə edən TƏMÖHS-lər əsasında fəaliyyət göstərir.

BP-nin dənizdəki hasilat yataqları – Azəri-Çıraq-Dərinsulu Gunəşli (AÇG) Xəzər dənizinin Azərbaycan sektorunda ən böyük neft yatağıdır. Şahdəniz (ŞD) çöx böyük dəniz qaz və kondensat yatağıdır.

BP Azərbaycanda bir sıra hüquqi şəxslərin qismində fəaliyyət gostərir və bu da onun 1992-ci ildə Bakıda ilk ofisini acmasından bəri ölkədə və regionda kecdiyi təkamülü əks etdirir.

Əsas hüquqi şəxs BP Eksploreyşn (Kaspian Si) Limited (“BP Exploration(Caspian Sea) Limited”) şirkətidir.

16 vitse-prezident, tədarük və təchizat üzrə baş məsul şəxs, baş hüquq müşaviri köməkcisi, nəzarət və maliyyə əməliyyatları şöbəsinin müdiri, AGT regionu üzrə planlaşdırma və kommersiya əməliyyatlarının rəhbəri BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə  rəhbərlik komandasını təşkil edir.

BP şirkətinin rəsmi məlumatlarına görə, 2016-cı ilin birinci yarısının sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı  2903 nəfər olub bə bura müddətli  müqavilə əsasında işləyən  işçilər də daxildir.

Hazırda Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə BP-nin 17 nəfərlik üzvü olan rəhbərliyinin 6 üzvü azərbaycanlılardan ibarətdir.

b%c9%99xtiyar-aslanb%c9%99yli

Əlaqələr, xarici işlər və strategiya üzrə vitse president Bəxtiyar Aslanbəyli regional strategiyanı idarə etməklə əlaqələr və xarici işlər, etik normalar və qaydalara uyğunluq sahələrinə cavabdehlik daşıyır və regional rəhbərlik qrupu üçün vergi və gömrük sahəsi üzrə əlaqələndirici şəxs qismində çıxış edir. Vergi və gömrük məsələləri üzrə regional menecer kimi fəaliyyət göstərdiyi sonuncu vəzifəsində Bəxtiyar vergi və gömrük məsələlərinin idarə olunmasına cavabdehlik daşıyır.

orxan-quliyev

Əməyin təhlükəsizliiyi və əməliyyat riskləri üzrə vitse-prezident  Orxan Quliyev risklərə qarşı görülən tədbirlərin effektivliyini yoxlamaq üçün təminat fəaliyyətinin icrasına və regional əməliyyat risklərinin müstəqil şəkildə nəzərdən keçirilməsinə cavabdehlik daşıyır. O, BP-də 20 illik iş təcrübəsinə malikdir. Bundan əvvəl, o, Çıraq Dərinsulu Günəşli sahəsinin əməliyyatlar üzrə meneceri vəzifəsində işləyib.

leyla-novruzova

Heyətin tərkibində olan yeganə azərbaycanlı qadın Leyla Novruzova İnsan resursları üzrə vitse-prezidentdir. Leyla effektiv insan resursları (İR) əməliyyatlarının aparılması, bununla bağlı risklərin idarə olunması, işçilərlə münasibətlər və normaiv uyğunluğa cavabdehdir. O, 1993-cü ildə “Amoco”da işə başlayıb və “BP-Amoco” birləşməsindən sonra Azərbaycan, həmçinin Paksitan, Rusiya və ABŞ-da yüksək İR vəzifələrində işləyib.

Onu da qeyd edək ki, şirkətin Azərbaycandakı əsaslı xərcləri 1995-ci ildən 2016-cı ilin birinci yarısının sonuna kimi AÇG, BTC, ŞD və CQBK layihələri ucun təxminən 62 milyard dolları əhatə edir.

Banu Çiçək

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button